Millət vəkili: “BMT elə institutdur ki, onun qətnamələri dərhal yerinə yetirilməlidir”

“BMT Təhlükəsizlik Şurası 20 ildən çoxdur ki, erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. BMT elə bir institutdur ki, onun qətnamələri dərhal yerinə yetirilməlidir”. Bunu  millət vəkili Rövşən Rzayev deyib.

"BMT Təhlükəsizlik Şurası 20 ildən çoxdur ki, erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. BMT elə bir institutdur ki, onun qətnamələri dərhal yerinə yetirilməlidir". Bunu  millət vəkili Rövşən Rzayev deyib.

Biz həyatımızda görə bilirik ki, müəyyən dövlətlərlə bağlı qərarlar dərhal yerinə yetirilir. Amma Azərbaycanla bağlı məsələlərdə biz bunu görə bilmirik. Ona görə də təbii ki, bu hər birimizi narahat edir. Biz bu istiqamətdə bugünkü fəaliyyətimizi daha gücləndirməliyik. Cənab Prezident İlham Əliyev də Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibədə xüsusi olaraq vurğuladı ki, "BMT Təhlükəsizlik Şurası 20 ildən çox bundan əvvəl erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr öz qüvvəsini saxlayır və onlar yerinə yetirilməlidir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. Təəssüf ki, bu imtinaya görə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib".

Bu tamamilə haqlı bir mövqedir. Bu məsələ ilə bağlı aparıcı dövlətlər, ATƏT-in Minsk Qrupu çərçivəsində olan dövlətlər, o cümlədən də ABŞ, Rusiya, Fransa öz mövqeyini bildirməlidir. Beynəlxalq hüquq prinsiplərinin bu gün beynəlxalq hüquqsuzluğa uduzması onu deməyə əsas verir ki, dünyada problemlərin həllini çözmək əvəzinə əlavə bir çox problemlər yaradır. Nə qədər ki, beynəlxalq hüquqsuzluq beynəlxalq hüquqa güc gələcək təbii ki, bir elə də biz problemlər yaşayacayıq"-deyə, R.Rzayev fikirlərini tamamlayıb. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31