Gündəm

Süni intellekt üzrə ekspertlər bəşəriyyəti məhv edəcək robotların yaradılması əleyhinədirlər

6 Aprel 2018 19:00

Süni intellekt və robot texnikası sahəsində fəaliyyət göstərən 50-dən çox məşhur tədqiqatçı Koreya Qabaqcıl Texnologiyalar İnstitutundan (KAIST) olan həmkarlarını Cənubi Koreya alimlərinin hərbi sistemlər üçün süni intellekt texnologiyalarının yaradılması üzrə layihədə iştirakla əlaqədar boykot ediblər.

Klaviaturada mətnin tez yığılma sirri məlum olub

6 Aprel 2018 18:55

Finlandiyanın Aalto Universitetinin alimləri klaviaturada lazımi mətnin tez yığılma üsulunu müəyyənləşdiriblər.

Ərəbistan Qətəri adaya çevirir – Şok plan

6 Aprel 2018 18:54

Səudiyyə Ərəbistanının Qətərin torpaqla əlaqəsini tamamilə kəsəcək bir kanal layihəsi üzərində işləyəcəyi iddia edilib. Bu barədə “Ərəb Nuys” məlumat yayıb. Sərhəd boyunca yeni bir kanal qurmağa başlayan Səudiyyə Ərəbistanı Qətəri materikdən tamamilə ayırmağa hazırlaşır.

Dmitri Nazarov: “Bunun meyvələrini toplamağa başlamışıq”

6 Aprel 2018 18:48

Ardıcıl heç-heçə etdiyimiz oyunlarda qələbəyə yaxın olurduq. Hətta çıxışımızla buna layiq olmadığımızı deyən insanlara baxmayaraq, özümüzə daim güvənmişik. Bu sözləri Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov deyib.

Rusiya Ermənistandakı səfirini dəyişdi

6 Aprel 2018 18:39

Rusiya prezidenti Vladimir Putin Ermənistana yeni səfirini təyin edib.  Putin sərəncam imzalayaraq Sergey Kopırkini Rusiyanın Ermənistanda yeni səfiri təyin edib. Kopirkin bundan öncə Rusiyanın Avropa Birliyindəki Daimi Nümayəndəliyində çalışıb.

Türkiyədə faciənin qarşısı alındı – 33 həbs

6 Aprel 2018 18:37

Türkiyənin İstanbul şəhərində terror hücumuna hazırlaşdığı müəyyən edilən İŞİD üzvlərinin zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilib. İstanbul polisinin terrorla mübarizə dəstələri 10 mahalda 16 ünvana eyni zamanda basqın edib.

Ərdoğanın ABŞ-da erməniləri döyən mühafizəçiləri azadlığa buraxıldı

6 Aprel 2018 18:35

ABŞ-ın Kolumbiya dairəsi üzrə ali məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ilin mayında Vaşinqtona səfəri zamanı erməniləri və terrorçu PKK tərəfdarı olan kürdləri döyən iki türk vətəndaşı barəsində hökm oxuyub.

General Ter-Qriqoryants: Ermənistan Qarabağın erməni torpağı olmasını dünyaya sübut edə bilmədi

6 Aprel 2018 18:32

Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahının keçmiş rəisi (1992-1995-ci illərdə), 1993-cü ildə müdafiə nazirinin vəzifələrini icra etmiş Qarabağ müharibəsi “qəhrəmanı”, erməni general Norat Ter-Qriqoryants Ermənistan KİV-lərinə müsahibəsində 2016-cı ilin aprel ayında baş vermiş hadisələri erməni xalqının faciəsi adlandırıb.

ABŞ Türkiyəyə "Patriot" ZRK-nın birgə istehsalını təklif edir

6 Aprel 2018 18:31

ABŞ Türkiyəyə "Patriot" zenit-raket komplekslərinin birgə istehsalını təklif edir. Bu barədə Türkiyə KİV-ləri diplomatik mənbələrə istinadən yazır.

İran Qərb ölkələrinə xəbərdarlıq etdi: “Cavabsız qalmayacaq”

6 Aprel 2018 18:24

Hərtərəfli Birgə Fəaliyyət Planı pozulsa İran mütləq cavab addımları ataraq milli maraqlarını qoruyacaq. Bu sözləri İranın Atom Enerjisi üzrə Agentliyinin rəhbəri Əli Əkbər Salehi deyib.

Ölkəmiz sülhün və təhlükəsizliyin güclənməsinə əsaslı töhfəsini verəcək

6 Aprel 2018 18:21

“Qoşulmama Hərəkatının nazirlər konfransının Azərbaycanda keçirilməsinin çox böyük önəmi və əhəmiyyəti var. Bu, böyük siyasi-diplomatik hadisədir və ölkəmizin dünyadakı yerinin, nüfuzunun növbəti göstəricisidir”. Bu sözləri  millət vəkili Eldəniz Səlimov deyib.

"Keşlə"dən qaçan futbolçu Belarus klubunda

6 Aprel 2018 18:19

Qış təlim-məşq toplanışı zamanı "Keşlə"də baxışdan keçən ukraynalı futbolçu Anton Postupalenko özünə komanda tapıb. 30 yaşlı yarımmüdafiəçi karyerasını bu ölkədə davam etdirəcək. Belə ki, uzun müddətdi özünə komanda axtaran Ukraynanın gənclər millisinin sabiq üzvü "Torpedo-BelAZ" klubu ilə anlaşıb. O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

İraq XİN: "Son 2-3 il ərzində İraqdan Azərbaycana gələn turistlərin sayı artıb"

6 Aprel 2018 18:18

“Azərbaycan və İraq arasında yaxşı əlaqələr var. İraqın Bakıdakı səfirliyi yaxşı işləyir. Azərbaycanın İraqdakı səfirliyinin də fəaliyyəti yaxşıdır. Düşünürük ki, əlaqələrimizi daha da yaxşılaşdıra bilərik”. Məlumata görə, bunuİraq xarici işlər nazirinin müavini Səid Şorş Xalid Bakıda deyib.

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib

6 Aprel 2018 18:16

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.