Gündəm
Dünya Turizm Təşkilatının baş katibi Bakı Dövlət Universitetində
Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili Bakı Dövlət Universitetində olub. Universitetin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən görüşü açan rektor, akademik Abel Məhərrəmov Dünya Turizm Təşkilatının fəaliyyəti barədə məlumat verib, qurumun gördüyü işlərdən bəhs edib. Baş katib Zurab Pololikaşvilinin prezident İlham Əliyevlə görüşünü xatırladan rektor ölkəmizin Dünya Turizm Təşkilatı ilə uğurlu əməkdaşlığını diqqətə çatdırıb və Bakı Dövlət Universiteti, tədris olunan ixtisaslar, o cümlədən turizm ixtisası haqqında danışıb.
“XX əsrin əvvəllərində Cənubi Qafqazda erməni terroru” adlı elmi seminar
Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncama əsasən Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi maarifləndirici tədbirlər keçirilir. Bu gün Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşkilatçılığı ilə “XX əsrin əvvəllərində Cənubi Qafqazda erməni terroru” adlı növbəti elmi seminar keçirilib. Olaylar.az bildirir ki, seminarda tarixçilər, Muzey əməkdaşları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri və KİV nümayəndələri iştirak ediblər. Tədbirdə Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
Bilik Fondunun təcrübəçiləri AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Bakı Slavyan və Bakı Dövlət Universitetlərinin tələbələri AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda olublar. Təcrübəçiləri Fondun Beynəlxalq layihəl
Kamal Abdulla jurnalistlərlə görüşüb
Aprelin 6-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla ADU, Yeni Azərbaycan Partiyası (YAP) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə 9 aprel – 5 may tarixlərində baş tutacaq Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I Beynəlxalq elmi konfransla bağlı jurnalistlərlə görüşüb.
Xanımlar, çox yaşamaq üçün mütləq bu tərəvəzləri yeyin!
Qadın və kişi orqanizminin quruluşu müxtəlifdir. Bu səbəbdən onların rasionuna olan yanaşma da müxtəlif olmalıdır. Bunu Avstraliya diyetoloqları sübut edir. Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, diyetoloqlar 1998-ci ildə 1000 qadın iştirakı ilə qlobal araşdırmaya başlayıblar. Bütün bu müddət ərzində mütəxəssislər qadınların rasionunun analizini edirdilər. Alimləri xüsusilə tərəvəzlərin istehlakı maraqlandırırdı.
Stiv Voznyak internetin təhlükəsizliyi ilə bağlı fikirlər səsləndirib
“Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak “RBC” saytına müsahibədə gələcəkdə kibercinayətlərlə əlaqədar vəziyyətin gərginləşəcəyini bildirərək vəziyyət nəzarət altından çıxmayanadək onların törədilmə imkanlarının məhdudlaşdırılmasının vacibliyini qeyd edib.
Regionların sosial-iqtisadi inkişafında ənənəvi sahələrin inkişafı mühüm rol oynayır
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası bölgələrdə aqrar sahənin inkişafı ilə yanaşı, əhalinin rifah halının yüksəlməsinə də təkan verir. Paralel olaraq, kənd təsərrüfatının inkişafı və bölgələrin ixrac potensialının artması ilə müşayiət olunur. Ayrı-ayrı rayonlarda ənənəvi sahələrin inkişafı yeni iş yerlərinin yaradılması, Azərbaycanın dünya bazarına çıxış imkanlarnın genişlənməsinə səbəb olur.
Qaradağda “Abad məhəllə” layihəsinin icrası uğurla davam etdirilir
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkənin hər yerində olduğu kimi, Qaradağ rayonunda da abadlıq və quruculuq işləri sürətlə davam etdirilir. Çoxmərtəbəli yaşayış evlərinin fasad və dam örtükləri yenilənir, mərkəzi küçələr, məhəllədaxili yollar əsaslı şəkildə yenidən qurulur, işıqlandırma sistemi müasirləşdirilir, park və meydançalarda müasir tələblər səviyyəsində təmir işləri aparılır, yeni abad məhəllələr salınır.
“PlayStation 5” konsolu haqqında yeni məlumatlar açıqlanıb
Mədə və bağırsaq qripi nədir?
Qış fəslində yayqın şəkildə müşahidə edilən xəstəliklərdən biri mədə və bağırsaq qripidir. Bu xəstəlik hətta hava yolu ilə də yoluxa bilər. Xüsusilə də uşaqlarda bu hal çox təhlükəlidir.
Yunus Oğuzun “Ovçu” romanı Aprel döyüşlərinin tarixidir
Aprelin 6-da Atatürk Mərkəzində yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Ovçu” romanının təqdimatı keçirilib. Geniş ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə millət vəkili, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov qeyd edib ki, istedadlı yazar Yunus Oğuz indiyə qədər əsərlərində daha çox tarixdən yazıb. Məlum olduğu kimi onun çoxlu tarixi romanları var: “Atabəylər” “Nadir şah”, “Əmir Teymur” , “Təhmasib Şah” kimi tarixi romanların müəllifidir.
Uşaq əmizdirmək ananı bu xərçəngdən qoruyur!
Avstraliya alimləri 26 min qadın haqqında tibbi məlumatları təhlil etdikdən sonra belə qərara gəliblər ki, əmizdirmə qadınlarda uşaqlıq xərçənginin riskini xeyli azaldır.
Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edib - FİNAL SƏNƏDİ
"Nazirlər təəssüflə bildirirlər ki, BMT-nin 4 qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında münaqişə həll olunmamış qalır və beynəlxalq və regional sülh və təhlükəsizliyə təhdid olaraq qalmaqda davam edir".
Natavan Həbibinin fanatlarına ŞAD XƏBƏR - VİDEO
Natavan Həbibi "Sevgi bizi yola verdi" mahnısına çəkilən musiqili videoçarxını təqdim edərək fanatlarını sevindirib. Müğənni son ayların hiti olan mahnısına bu yaxınlarda klip çəkdirəcəyini deyib: "Bu ərəfələrdə konsertlərlə bağlı yolumuz rayonlara düşdü, biz də yol boyu çəkilişlər edə-edə getdik və qayıtdıq. Fikirləşdik ki, ilk təqdimat musiqili videoçarx şəkilində olsun. Mahnının çoxdan gözlənildiyini bilirəm, odur ki, maraqlı iş təqdim etdik. Onu da deyim ki, bu mahnıya yeni klip də planlaşdırırıq".
Nazir: "Fələstin Azərbaycanla münasibətlərin dərinləşməsinə böyük əhəmiyyət verir"
Milli Məclisin sədri Oqtay Əsədov Fələstinin xarici işlər naziri Riad Malkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisdən verilən məlumata görə, görüşdə sədr bildirib ki, dost ölkələr olan Azərbaycanla Fələstin arasında bu cür görüşlər münasibətlərimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.














