Gündəm

İmişlidə iki otaqlı ev yanıb

7 Aprel 2018 09:20

İmişli rayonunda ev yanıb.  Məlumata əsasən, rayonun Otuziki kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. 

Rusiyada yanğın: 5 ölü

7 Aprel 2018 09:16

Qətərdə qadınlara orduda xidmət etməyə icazə verilib

7 Aprel 2018 09:14

Qətər əmiri Tamim bin Həmad əl Tani ölkədə kişilər üçün hərbi xidmətin 3 aydan 1 ilədək uzadılması barədə qanun imzalayıb. Bu barədə "QNA" agentliyi bildirib.

XİN rəhbərləri "Skripal işi"ni müzakirə edəcəklər

7 Aprel 2018 09:12

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın və qızı Yuliya Skripalın zəhərlənməsi məsələsini Lüksemburqda, aprelin 16-da müzakirə edəcəklər.

Dövlət Departamenti: Rusiya özünü Qərb dövlətlərindən təcrid edir

7 Aprel 2018 09:10

Rusiya özünü Qərb dövlətlərindən təcrid edir. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib. Dövlət Departamentindən həmçinin bildiriblər ki, Birləşmiş Ştatlar Moskvanın öz hərəkətlərinə görə məsuliyyəti üzərinə götürməməsinə görə təəssüflənir.

Narkotik alverçiləri saxlanıldı

7 Aprel 2018 09:07

Türkiyədə keçirilən daha bir əməliyyat axtarış tədbirləri nəticəsində gizli yollarla narkotik vasitə satan şəxslər saxlanılıb. İstanbulda aparılan əməliyyat nəticəsində polislər 9 nəfər İran vətəndaşını şübhəli qismində saxlayıb.

Dəməşqdə partlayış törədildi, ölən və yaralananlar var

7 Aprel 2018 09:06

Suriyanın paytaxtı Dəməşqdə partlayış törədildi.  Paytaxtın Barza rayonunda məscid yaxınlığında minalanmış avtomobil partladılıb.

Bred Pittin yeni sevgilisi

6 Aprel 2018 21:16

Son zamanlar adı keçmiş sevgilisi Cennifer Enistonla hallanan aktyor Bred Pittdən yeni xəbər var. 54 yaşlı aktyor Cenniferlə barışması yalan məlumatdır. Belə ki, Bred 42 dizayner-rəssam Neri Oksmanla görüşür.  Cütlüyün bir proyekt diyaznı zamanı tanış olduqları bildirilir. Pittə yaxın mənbə onların tez-tez görüşdüklərini və birlikdə yaxşı vaxt keçirdiklərini bildirib.

Hakim Leyla Şıxlinskayanın məktubunu qəbul etmədi

6 Aprel 2018 21:14

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə elan edilib ki, L.Şıxlinskaya məhkəməyə məktub göndərərək işləri ilə əlaqədar olaraq gələ bilməyəcəyini bildirib. Hakim isə bu məktubun qəbul edilməyəcəyini, L.Şıxlinskayanın məhkəmədə iştirak edərək ifadə verməsi və suallara cavab verməsinin təmin edilməsinə görə ona yenidən bildiriş göndəriləcəyini bildirib.

İsrail hərbçiləri ilə toqquşmalarda 3 fələstinli öldü

6 Aprel 2018 21:10

 İsrail hərbçilərinin Fələstində keçirilən kütləvi aksiyaya müdaxiləsi nəticəsində 3 nəfər həlak olub, 350-si yaralanıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidr məlumat verib. Bununla da ötən həftənin cümə günü başlayan aksiya çərçivəsində ölənlərin sayı 25 nəfərə çatıb. Ümumilikdə, 1500 nəfərdən çox fələstinli yaralanıb.

Putindən fərman: 11 generalı işdən çıxardı

6 Aprel 2018 21:08

Rusiya Prezidenti Vladimir Putin ölkənin Daxili İşlər Nazirliyi, Federal İcra Xidməti, Fövqəladə Hallar Nazirliyi və İstintaq Komitəsinin strukturlarından 11 generalı vəzifədən azad edib.

Dünya şöhrətli İtalyan rejissoru BİHUŞ EDƏN türk gözəl Bakıda - ÖZƏL AÇIQLAMA/FOTO

6 Aprel 2018 21:06

Xəbər verdiyimiz kimi, dünən Bakıda, Park Bulvar Cinemada ssenarisi və rejissorluğu Selçuk Aydemirə aid olan “Ailelikçe Şaşkınız” filminin qala gecəsi baş tutub. Sözügedən layihədə Elif rolunu canlandıran aktrisa Sadət Işıl Aksoy təəssüratlarını bölüşüb: “Peşəkar komanda ilə çalışmaq hər aktyorun arzusudur. Ssenari digər komediyalardan seçilir, hadisələr çox sürətlə inkişaf edir. “Ailelikçe Şaşkınız” da yer almaq karyeram üçün də müsbət hadisə oldu.

Xəzər dənizində zəlzələ

6 Aprel 2018 21:03

Əhməd Sami Elaydi tələbələrlə görüşdü

6 Aprel 2018 21:01

Aprelin 6- da Bakı İslam Universitetinin bir qrup tələbələri Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüşdə olmuşlar. Görüş zamanı Mərkəzin rəhbəri Əhməd Sami Elaydi tələbələrə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin yaranma tarixindən, apardığı işlərdən danışıb.

Yeganə teatr saytı - TEATRO.AZ

6 Aprel 2018 20:52

Azərbaycan media məkanında TEATRO.AZ adlı yeni müstəqil sayt fəaliyyətə başlayır. Aprel ayının 6-dan etibarən istifadəçilərin ixtiyarına verilən TEATRO.AZ sənət portalının təsisçiləri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov və teatrşünas Elçin Cəfərovdur. Redaksiya heyəti, əsasən, peşəkar teatrşünaslardan ibarət olan saytın baş redaktoru Vidadi Qafarovdur.