Dünya şöhrətli İtalyan rejissoru BİHUŞ EDƏN türk gözəl Bakıda - ÖZƏL AÇIQLAMA/FOTO
Xəbər verdiyimiz kimi, dünən Bakıda, Park Bulvar Cinemada ssenarisi və rejissorluğu Selçuk Aydemirə aid olan “Ailelikçe Şaşkınız” filminin qala gecəsi baş tutub. Sözügedən layihədə Elif rolunu canlandıran aktrisa Sadət Işıl Aksoy təəssüratlarını bölüşüb: “Peşəkar komanda ilə çalışmaq hər aktyorun arzusudur. Ssenari digər komediyalardan seçilir, hadisələr çox sürətlə inkişaf edir. “Ailelikçe Şaşkınız” da yer almaq karyeram üçün də müsbət hadisə oldu.
6 Aprel 2018 21:06 DünyaXəbər verdiyimiz kimi, dünən Bakıda, Park Bulvar Cinemada ssenarisi və rejissorluğu Selçuk Aydemirə aid olan "Ailelikçe Şaşkınız" filminin qala gecəsi baş tutub.
Sözügedən layihədə Elif rolunu canlandıran aktrisa Sadət Işıl Aksoy təəssüratlarını bölüşüb:
"Peşəkar komanda ilə çalışmaq hər aktyorun arzusudur. Ssenari digər komediyalardan seçilir, hadisələr çox sürətlə inkişaf edir. "Ailelikçe Şaşkınız" da yer almaq karyeram üçün də müsbət hadisə oldu. Elifin çox güclü imici var. Serial və digər filmlərdə adətən qadınlar kişilərə tabe olur. Bu filmdə isə qadın kişini dəyişdirə bilir, ona özünü tapmağa kömək edir. Məncə, bu önəmlidir".
Aktrisa "Əks-cinsdən xoşlandığınızı necə bəlli edərsiniz?" sualına belə cavabı verib:
"Ailelikçe Şaşkınız"da Elif baxışları ilə qarşı tərəfə mesaj ötürür. Kimdənsə xoşum gəlsə, bilmirəm bunu necə ifadə edərəm, vəziyyətə görə dəyişə bilər".

İtalyan rejissor Sergio Kastelittonun 2012-ci ildə çəkdiyi chr("39")chr("39")Twice Bornchr("39")chr("39") filmində aktrisa Penelopa Kruz ilə tərəf müqabili olmaq şansı qazanan S.Aksoy onlardan öyrəndiyi təcrübədən də danışıb:
"Çəkiliş meydançasında hər nə olursa-olsun işini unutmamağı öyrəndim. Rolunu ən yaxşı şəkildə yerinə yetirməyi öyrəndim. Xarici rejissorlardan film təklifləri gəlir, amma dəqiqləşən layihə yoxdur".

Xatırladaq ki, Penelopa Kruz ispan mətbuatına verdiyi müsahibəsində S.Aksoyun gözəlliyinə və istedadına heyran qaldığını etiraf etmişdi:
"Eyni layihədə iştirak etdiyim gənc aktyorlar arasında mənə ən çox təsir edənlərdən biri Sadət Aksoy oldu. Onun gözlərinə baxa bilmirdim, həqiqətən çox füsünkar gözləri var".
Publika.az