İsrail hərbçiləri ilə toqquşmalarda 3 fələstinli öldü
İsrail hərbçilərinin Fələstində keçirilən kütləvi aksiyaya müdaxiləsi nəticəsində 3 nəfər həlak olub, 350-si yaralanıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidr məlumat verib. Bununla da ötən həftənin cümə günü başlayan aksiya çərçivəsində ölənlərin sayı 25 nəfərə çatıb. Ümumilikdə, 1500 nəfərdən çox fələstinli yaralanıb.
6 Aprel 2018 21:10 Dünyaİsrail hərbçilərinin Fələstində keçirilən kütləvi aksiyaya müdaxiləsi nəticəsində 3 nəfər həlak olub, 350-si yaralanıb.
Bu barədə Fələstin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidr məlumat verib.
Bununla da ötən həftənin cümə günü başlayan aksiya çərçivəsində ölənlərin sayı 25 nəfərə çatıb. Ümumilikdə, 1500 nəfərdən çox fələstinli yaralanıb.
Qeyd edək ki, aksiya iştirakçıları İsraildən Qəzza bölgəsinin blokadasına son qoymağı və fələstinlilərə qəsb olunmuş torpaqlara geri dönmələrinə imkan verməsini tələb ediblər.