"Keşlə"dən qaçan futbolçu Belarus klubunda

Qış təlim-məşq toplanışı zamanı "Keşlə"də baxışdan keçən ukraynalı futbolçu Anton Postupalenko özünə komanda tapıb. 30 yaşlı yarımmüdafiəçi karyerasını bu ölkədə davam etdirəcək. Belə ki, uzun müddətdi özünə komanda axtaran Ukraynanın gənclər millisinin sabiq üzvü "Torpedo-BelAZ" klubu ilə anlaşıb. O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, son klubu "Olimpik" (Donetsk) olan Anton Postupalenko yanvarda "Keşlə"nin Antalya toplanışına cəlb olunmuşdu. Lakin yoxlama görüşündə belə, iştirak etmədən, cəmi 1 həftə sonra ölkəsinə qaçan futbolçu yerli mətbuata açıqlamasında "Keşlə" zəif komanda olduğundan, bu addımı atdığını söyləmişdi. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31