XİN: "İraqdakı azərbaycanlıların gətirilməsi ilə bağlı işlər davam etdirilir"

İraqda olan azərbaycanlıların Azərbaycana gətirilməsi ilə bağlı işlər davam etdirilir. Məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib.

İraqda olan azərbaycanlıların Azərbaycana gətirilməsi ilə bağlı işlər davam etdirilir. Məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib.

Nazir bildirib ki, bu məsələ Azərbaycandan asılı deyil: "İraq hökuməti də burada istintaq aparmalıdır ki, onlar kimlərdir, hansı terror qruplaşmalarına qoşulublar və s. Yəni iş gedir, düzdür çətin və vaxt aparan prosesdir, amma bu istiqamətdə işlər davam etdirilir". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31