Gürcü məmurlara qara rəngli "Cip" qadağan edildi
Gürcüstan hökuməti dövlət qulluqçuları üçün nəzərdə tutulan qara rəngli avtomobillərdən istifadəyə qadağa qoyub. Daha əvvəl baş nazir Giorgi Kvirikaşvili bütün dövlət qulluqçularını qara rəngli "Cip" erasına son qoymağa və tədricən ekoloji təmiz nəqliyyata keçməyə çağırıb.
6 Aprel 2018 15:41 DünyaGürcüstan hökuməti dövlət qulluqçuları üçün nəzərdə tutulan qara rəngli avtomobillərdən istifadəyə qadağa qoyub. Daha əvvəl baş nazir Giorgi Kvirikaşvili bütün dövlət qulluqçularını qara rəngli "Cip" erasına son qoymağa və tədricən ekoloji təmiz nəqliyyata keçməyə çağırıb.
Dəyişikliklərə əsasən, aprelin sonuna qədər bütün nazirliklər və dövlət orqanları iqtisadi baxımdan daha səmərəli avtomobil modelləri nəzərə alınmaqla avtoparkının optimallaşdırılması üzrə plan təqdim etməlidir. Bu barədə report "RİA Novosti"yə istinadən xəbər verir.