Ötən 15 il Azərbaycanda uğurlarla yadda qalıb
ütün təzyiqlər və şər kampaniyalarına baxmayaraq Azərbaycanda seçki prosesi öz müsbət axarı ilə davam edir. Artıq seçki marafonuna bir neçə gün qalıb. Aparılan dəyərləndirmə və müşahidələr onu deməyə əsas verir ki, vətəndaşlar 11 aprel seçkilərində fəallıq nümayiş etdirərək növbəti dəfə müstəqil şəkildə seçimlərini edərək dünyaya demokratiya örnəyi göstərəcklər.
6 Aprel 2018 15:14 SiyasətXalqın istəyi isə bu uğurların davam etməsidir
Bütün təzyiqlər və şər kampaniyalarına baxmayaraq Azərbaycanda seçki prosesi öz müsbət axarı ilə davam edir. Artıq seçki marafonuna bir neçə gün qalıb. Aparılan dəyərləndirmə və müşahidələr onu deməyə əsas verir ki, vətəndaşlar 11 aprel seçkilərində fəallıq nümayiş etdirərək növbəti dəfə müstəqil şəkildə seçimlərini edərək dünyaya demokratiya örnəyi göstərəcklər. Həmçinin ölkə vətəndaşları aprelin 11-də hamılıqla Azərbaycanın inkişafına səs verəcəklər. Hansı ki, Azərbaycanın yeno dövrdə inkişaf prosesinə 2003-cü ildən başlanılıb və bu gün də həmin proses davam edir. Millət vəkili Vüsal Hüseynov deyir ki, son 15 il müstəqil Azərbaycan dövlətinin tarixində ən uğurlu inkişaf dövrü kimi xarakterizə edilə bilər. Onun sözlərinə görə, İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoydu: "2003-cü il seçki kampaniyası müddətində cənab İlham Əliyevin verdiyi bütün vədlər və təqdim etdiyi proqramlar yüksək statistik göstəricilərlə icra edildi. Bu isə insanların Prezident İlham Əliyevin siyasətinə və sözünə olan inam və etimadını daha da gücləndirdi. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs, strategiya, stabillik və inkişaf konsepsiyası müasir dövrün çağırışlarına uyğun olaraq İlham Əliyevin Prezidentliyi dövründə də davamlı şəkildə davam etdirildi. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq aparılan çoxşaxəli islahatlar kursu xalqın rifah səviyyəsini yüksəltməklə yanaşı, ölkəmizin beynəlxalq nüfuzuna da ciddi ölçüdə təsir göstərdi. İqtisadi, sosial, hüquqi, elm, xarici siyasət və digər ictimai həyatın və dövlət idarəçiliyinin əhəmiyyətli sahələrində mühüm irəliləyişlər əldə edildi. Ötən 15 illik dövrün statistik göstəricilərinə qısaca nəzər salsaq, əldə olunan nailiyyətləri əyani şəkildə görə bilərik. Valyuta ehtiyatlarımız 23 dəfə artaraq 42 milyard dollar təşkil etdi, iqtisadiyyatımızın neftdən asılılığı azaldı, qeyri-neft sektoru üzrə istehsal 2.8 dəfə artdı, Azərbaycan Cənubi Qafqazın ilk və yeganə kosmik ölkəsinə çevrildi, İKT sektorundakı gəlirlərimiz 1.6 milyard dolları ötdü, ölkəmizin 93 faizi qazlaşdırıldı, əhalinin sosial müdafiə sistemi daha da təkmilləşdirildi, 265 min məcburi köçkün yeni mənzillərlə təmin edildi. Belə sosial-iqtisadi, statistik rəqəmlərlə möhkəmləndirilmiş faktlar yüzlərlədir. Bu uğurlu göstəriciləri sadalamaqla davam etmək olar. Ancaq son 15 ilin ən mühüm nailiyyətlərindən biri və digər sahələrdə inkişaf üçün əsas zəmin yaradan ölkədə sabitlik və təhlükəsizlik şəraitinin təmin olunmasıdır. Dünyada risklərin, təhlükələrin artdığı, qanlı münaqişələrin, hərbi qarşıdurmaların geniş vüsət aldığı bir şəraitdə Azərbaycanda insanlar üçün sabitlik, təhlükəsizlik şəraiti təmin edilmişdir. Bu gün təhlükəsizlik və ictimai asayiş baxımından Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrində biridir". Millət vəkili deyib ki, ötən 15 il ərzində Azərbaycanın beynəlxalq nüfuzu olduqca möhkəmləndi və ölkəmiz bütün dünyaya özünü etibarlı tərəfdaş kimi tanıda bildi: "Bu müddətdə xarici siyasətdə ən böyük uğurlardan biri, ölkəmizin 2012-2013-cü illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi oldu. Ölkəmizin dünyanın ən mötəbər qurumuna üzv seçilməsi dünya birliyinin gənc Azərbaycan dövlətinə olan etimadının göstəricisi idi. Müstəqilliyinin 20-ci ilində xarici siyasətdə əldə edilən bu nailiyyət yalnız düşünülmüş, ardıcıl və məqsədyönlü siyasətin nəticəsində mümkün ola bilərdi. Bu gün Azərbaycan Avropanın diqqət mərkəzində olan enerji layihələrinin təşəbbüsçüsü və iştirakçısı rolunda çıxış edir. Bilavasitə ölkə başçısının təşəbbüsü ilə əsası qoyulan və hazırda tikintisi sürətlə davam etdirilən "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyində xüsusi çəkiyə sahibdir. Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərindən ibarət olan bu layihənin reallaşması Azərbaycanın beynəlxalq nüfuzuna, ölkəmizin qlobal enerji təhlükəsizliyinin təmin olunmasındakı yeri və roluna ciddi ölçüdə təsir göstərib. Şimaldan cənuba, qərbdən şərqə mühüm nəqliyyat dəhlizlərinin qovuşağında yerləşən Azərbaycan coğrafiyasının təmin etdiyi imkanlardan yüksək səviyyədə istifadə edir. Ötən il açılışı baş tutan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu baxımdan, çox əhəmiyyətlidir. Bu dəmir yolu tarixdə ilk dəfə Şərqlə Qərbi dəmir yolları vasitəsilə birləşdirdi. Ölkəmiz, həmçinin böyük strateji əhəmiyyəti olan və Avropa ilə Asiyanı fərqli marşrutlarla birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas fiqurlarından biri rolunda çıxış edir. Dünyanın iki böyük qitəsini Azərbaycandan keçməklə birləşdirən bu layihələr bir tərəfdən ölkəmizdə iqtisadi stabilliyin davamlı olmasını təmin edəcək, digər tərəfdən isə Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirəcəkdir". Vüsal Hüseynovun sözlərinə görə, İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan dövlətinin əsas strateji məqsədləri müasir dövrün qlobal çağırışları fonunda Azərbaycanın davamlı və hərtərəfli inkişafını təmin etmək, xalqımızın həyat səviyyəsini yüksəltmək və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdır: "Ötən 15 illik fəaliyyəti dövründə ölkə başçısı bu ümdə məqsədlərin reallaşmasını prioritet məsələlər kimi müəyyən etmişdir. Əminliklə söyləyə bilərik ki, Prezident İlham Əliyevin 2003-cü ildə verdiyi bütün vədlər artıqlaması ilə yerinə yetirilib. Lakin görüləsi işlər hələ çoxdur. Yaxın perspektiv üçün bir sıra əlavə hədəflər müəyyən olunub. Bu hədəfllərə çatmaq üçün xalqın sosial rifahının yaxşılaşdırılmasından tutmuş, iqtisadi sabitliyin qorunub saxlanılmasına qədər bütün sahələri əhatə edən çoxşaxəli islahatlar kursunun davam etdirilməsi nəzərdə tutulub. Nəzərə alaq ki, son 15 il ərzində Azərbaycan əhalisinin sayı 1.5 milyon nəfər artıb. Artan əhali isə adekvat iqtisadi inkişaf tələb edir. Qeyd etmək yerinə düşər ki, ötən 15 il ərzində ölkəmizdə əhalinin artım tempinə paralel olaraq, Ümumi Daxili Məhsul (ÜDM) istehsalı da 3 dəfə artmışdır. Bu, olduqca yüksək göstəricidir. Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, Azərbaycan 2004-2016-cı illərdə ümumi daxili məhsul istehsalının artım göstəricisinə görə Çin və Qətər kimi ölkələrlə yanaşı dünyada ilk beşlikdə qərarlaşmışdır. Ölkəmizə investisiyaların yatırılmasını təmin etmək yenə də iqtisadi siyasətdə prioritet məsələ olaraq qalacaq. Onu da qeyd edək ki, Azərbaycana yatırılan sərmayənin 93 faizi son 15 il ərzində qoyulmuşdur. Ümumilikdə isə 2003-2018-ci illərdə ölkəmizə 231 milyard dollarlıq investisiya yatırılıb. Siyasi sabitlik və təhlükəsizliyin möhkəm olması xarici investorları Azərbaycana cəlb edən əsas amillərdir. Regionlarımızın sosial-iqtisadi inkişaf strategiyası isə həmişə olduğu kimi prioritet məsələlələr kimi nəzərdə saxlanılacaq. Həmçinin, dövlət idarəçilik sistemində innovativ islahatların həyata keçirilməsi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinin təmin olunması istiqamətində məqsədyönlü fəaliyyət davam etdiriləcək".
Məhəmməd