Demokratik prinsiplərə sadiq və bütün azadlıqların təmin edildiyi ölkə

Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün demokratik cəmiyyətlərə xas olan norma və prinsipləri inkişaf etdirməyi özünün başlıca prioriteti hesab edib, bu istiqamətdə əsaslı addımlar atıb. Ölkədə demokratikləşmə prosesi xüsusilə 90-cı illərin ilk illərindən, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra daha geniş vüsət almağa başlayıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün demokratik cəmiyyətlərə xas olan norma və prinsipləri inkişaf etdirməyi özünün başlıca prioriteti hesab edib, bu istiqamətdə əsaslı addımlar atıb. Ölkədə demokratikləşmə prosesi xüsusilə 90-cı illərin ilk illərindən, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra daha geniş vüsət almağa başlayıb. Qısa vaxt ərzində müstəqil Azərbaycanın beynəlxalq aləmin bir üzvünə çevrilməsi istiqamətində atılan addımlar, nüfuzlu beynəlxalq təşkilatlarla qurulan əlaqələr və Bakının həmin qurum və quruluşların tamhüquqlu üzvünə çevrilməsi Azərbaycanda demokratikləşmənin daha sürətli və çevik xarakter almasına imkanlar yaratdı. Avropa Şurası, onun Parlament Assambıleyası ilə qurulan sıx əlaqələr, ATƏT və digər təsisatlarla inkişaf edən münasibətlər, eləcə də həmin qurumlar qarşısında götürülən öhdəliklərin tam mənada yerinə yetirilməsi Azərbaycanın demokratik prinsiplərə sadiqliyini dünyaya nümayiş etdirdi. Baxmayaraq ki, bir çox hallarda Azərbaycan əməkdaşlıq etdiyi təşkilatlar tərəfindən haqsız iradlar, əsassız ittihamlarla üzləşdi, lakin buna baxmayaraq rəsmi Bakı başlamış olduğu yolu davam etdirməyə israrlı olduğundan həmin demokratik normal və prinsipləri davamlı və sistemli şəkildə inkişaf etdirdi, onu öz təcrübəsinə tətbiq etdi.

Qətiyyətlə deyə bilərik ki bu gün də Azərbaycan müstəqil ölkə kimi demokratik prinsiplərə sadiqlik nümayiş etdirir, onların inkişaf etdirilməsi istiqamətində addımlar atır. Son 15 il ərzində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu istiqamətdə atmış olduğu addımlar bunun əyani sübutudur. Ümumiyyətlə, demokratik prinsiplərin başlıca meyarı fikir, söz azadlığı. Siyasi plüralizm, həmçinin siyasi azadlıqların təmin edilməsidir ki, bu prinsiplərin hər biri ayrı-ayrılıqda, yüksək səviyyədə ölkəmizdə tətbiq edilir. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ötən gün Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində də bu fikir bir daha təsdiqini tapır. Eyni zamanda dövlət başçısı bir daha əminlik yaradır ki, ölkədə demokratik prinsiplərin təmin olunması istiqamətində fəaliyyət atılan addımlar bundan sonra da davam edəcək. Çünki bu məsələ Azərbaycanda əsas prirotetlərdən biridir: "Şübhəsiz, bu mövzu daim bizim fəaliyyətimizin gündəliyindədir və mən dəfələrlə açıq bəyan etmişəm ki, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrdə bu istiqamətdə çox iş görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 80 faizinə yaxınlaşır".

Prezident İlham Əliyevin demokratik prinsiplərin başlıca göstəricilərindən olan fikir və söz axzadlığının təmin olunması barədə söylədiyi fikirlər gündəlik həyatımızda da əksini tapır. Bu gün ölkədə yüzlərlə mətbu orqanın, onlarlıa mərkəzi və regionalı televiziya kanallarının fəaliyyət göstərməsi, hər kəsin öz fikrini azad və sərbəst şəkildə ifadə edə bilməsi məhz deyilənlərin əyani sübutudur. Ən müsbət məqam ondan ibarətdir ki, dövlət də öz növbəsində fikir və söz azadlığının daha da inkişaf etdirilməsi üçün mətbuata dəstəyini, yardımını əsirgəmir.

Yaxud götürək Azərbaycan Prezidentinin məlum müsahibədə ölkədə sərbəst toplaşmaq azadlığının təmin edilməsi ilə bağlı fikirlərini. Dövlər başçısı TASA müsahibəsində qeyd edir: "Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Biz Avropa Şurasının artıq təcrübəli üzvü kimi cəmiyyətimizin daha da demokratikləşməsinə dair öz üzərimizə öhdəliklər götürmüşük və zənnimcə, bunun öhdəsindən inamla və uğurla gəlirik".

Ölkədə sərbəst toplaşmaq azadlığının təmin edildiyi, siyasi fəaliyyətə heç bir müdaxilə olunmadığına da günlük həyatımızda hər an rast gəlirik. Elə partiyaların öz fikirlərini, irad və təkliflərini cəmiyyətə çatdırmaq üçün müntəzəm olaraq keçirdikləri etiraz aksiyaları, mitinqlər bunun əyani sübutudur. Bir neçə gün əvvəl Milli Şura adlanan qurumun paytaxtda təşkil etdiyi etiraz aksiyası fonunda bunu aydın şəkildə görə bilərik. Baxmayaraq sözügedən qurum ölkədə xaos və anarxiya yaratmaq niyyətindədir və maksimum dərəcədə buna çalışır, ancaq ona rəğmən hakimiyyət sərbəst toplaşmaq azadlığı prinsiplərinə sadiqlik nümayiş etdirərək həmin radikal müxalifətin də mitinq keçirmək arzusuna qarşı çıxmır. Əksinə həmin qüvvələrin keçirdikləri mitinqlərdə polis tərəfindən onların təhlükəsizliyi təmin olunur.

Ən son həyəcanla yaşadığımız seçkilər ərəfəsində də ölkədə demokratik prinsiplərin tam mənada qorunduğunu deyə bilərik. Belə ki, prezident seçkilərində mübarizə aparmaq üçün hakimiyyətlə yanaşı bir neçə müxalifət partiyası da  namizədliyini irəli sürüb və istər onların namizədliklərinin irəli sürülməsi, istər qeydə alınması mərhələsində onlara heç bir problem yaradılmayıb. Ən əsası namizədlərin öz plarfotmalarını cəmiyyətə, seçicilərə çatdırmaq üçün bütün respublika ərazisində onlara şərait yaradılıb. Bu məqamın özü də Azərbaycanın demokratik prinsiplərə nə qədər sadiq olduğunu əyani şəkildə ortaya qoyur.

Qeyd edilən istiqamətlərdə bütün əldə edilən müsbət nəticələrlə yanaşı, hələ görüləsi bir çox işlər, atılmalı olan addımlar da var ki, Azərbaycan hakimiyyəti də bunu gözəl dərk edir və həmin istiqamətlərdə fəaliyyətin bundan sonra da davam etdiriləcəyi əminliyi yaradır. Elə dövlət başçısının məlum müsahibəsində də bu fikirlər aydın şəkildə ifadə edilir: "Əlbəttə ki, əlavə səylər tələb edən məsələlər də var və biz bu istiqamətdə işləyirik. Biz siyasi islahatların və nailiyyətlərin səviyyəsini çox sağlam düşüncə ilə qiymətləndiririk. Hesab edirik ki, müstəqilliyin iyirmi altı ili ərzində bizim tariximiz, Azərbaycanın gənc müstəqil dövlət kimi təşəkkülü, ölkəmizin coğrafi yerləşməsi və bizim regionda mövcud olan və yarana biləcək risklər nəzərə alınmaqla mümkün olan maksimum işlər görülüb".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31