Ronaldodan müsəlman olmasını istədi…
Məşhur türkiyəli aparıcı atdığı tweet ilə Türkiyədə gündəm yaradıb. Bəkir Dəvəli, portuqaliyalı ulduz Cristiano Ronaldonu islam dinini qəbul etməyə dəvət edib. Twitter hesabından məktubunu paylaşan Dəvəli, öz üzərinə düşəni etdiyini və Ronaldodan müsbət cavab gözlədiyini bildirib.
6 Aprel 2018 15:29 İdmanMəşhur türkiyəli aparıcı atdığı tweet ilə Türkiyədə gündəm yaradıb. Bəkir Dəvəli, portuqaliyalı ulduz Cristiano Ronaldonu islam dinini qəbul etməyə dəvət edib. Twitter hesabından məktubunu paylaşan Dəvəli, öz üzərinə düşəni etdiyini və Ronaldodan müsbət cavab gözlədiyini bildirib.
Dəvəlinin Ronaldoya məktubunda bu ifadələr yer alıb: "Əzizim Ronaldo, etdiyin bir çox yaxşılıqlar ilə bir çox müsəlmanın ürəyini fəth etmisən. Sən çox yaxşı insansan. Sənə çox böyük dəyər verən bir insan olaraq öz dinim islamı, sənə təklif edirəm. Sən cənnətə layiq bir insansan. Qardaşın olaraq səni islamı qəbul etməyə dəvət edirəm".