Xaçmazın iki yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

Xaçmaz rayonunun Qaracik-Zeyid  və Aslanoba   kəndlərinə ilk dəfə təbii qaz verilib. “OLAYLAR” “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Xaçmaz rayonunun Qaracik-Zeyid  və Aslanoba   kəndlərinə ilk dəfə təbii qaz verilib. "OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, yaayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 14 404 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, paylayıcı eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 201 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda Xaçmaz rayonunun Meşəli, Sahillər, Turist, Dalğalı, Samurçay qəsəbələrində və Çaxçaxlı, Seyidlikəndyeri kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31