“Azərişıq” ASC Şirvan bölgəsindəki elektrik şəbəkələrini yeniləyir
“Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi Şirvan Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş elektrik şəbəkələrini yenidən qurur. “OLAYLAR” Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, Külək və digər təbii hadisələrə davam gətirmək gücündə olmayan elektrik hava xətlərinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün 2018-ci ilin birinci rübündə xeyli işlər görülüb və görülməkdədir.
6 Aprel 2018 15:10 Sosial"Azərişıq" ASC ölkənin bütün regionlarında olduğu kimi Şirvan Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş elektrik şəbəkələrini yenidən qurur. "OLAYLAR" Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, Külək və digər təbii hadisələrə davam gətirmək gücündə olmayan elektrik hava xətlərinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün 2018-ci ilin birinci rübündə xeyli işlər görülüb və görülməkdədir.
Yanvar-mart ayları ərzində Hacıqabul rayonu ərazisində inşa edilən 110/35/10 kV "Qarasu" yarımsatansiyasının tikintisi yekunlaşır. 35 kV-luq "Pirsaat" yarımstansiyası tikilərək yenidən qurulub.
Sabirabad rayonunun Cavad kəndində isə 110/35/10 kV-luq "Cavad" yarımstansiyası tikilir. Bununla yanaşı Sabirabad rayonunun Beşdəli kəndində yeni komplekt transformator məntəqələri quraşdırılır.
Salyan rayonunun Dağüstü kəndində 6 kV-luq Düyəçilik hava xətti 5,3 km məsafə yenidən qurulub. Rayonun 20 yanvar qəsəbəsində 6 kV-luq Arbatan havva xəttinin dəmir yolu budaqlanmasında yenidənqurma işləri aparılır.
Saatlı rayonununda isə hazırda Heydərabad-Əhmədbəyli və Dədə Qorqud kəndlərində 0,4 kV-luq hava xətlərinin yenidən qurulması işləri aparılır. Artıq Heydərabad-Əhmədbəyli kəndində 1,4 km, Dədə Qorqud kəndində 1,2 km məsafədə açıq naqillr ÖİN kabellə əvəz olunub.
Şirvan şəhərində isə Yeni Yaşayış Massivinin enerji təchizat sxemi layihələndirilərək, tikinti işlərinə başlanılıb, 1 km magistral ÖİN xətti çəkilib.