Aprel şəhidlərinin xatirəsi anıldı – Gənc Tamaşaçılar Teatrında

Azərbayhcan Dövlət Gənc Tamaşaçılar Teatrında aprel döyüşlərində həlak olan şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olundu. “Yarımçıq qalmış” adlı tamaşa aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub.

Azərbayhcan Dövlət Gənc Tamaşaçılar Teatrında aprel döyüşlərində həlak olan şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olundu. "Yarımçıq qalmış" adlı tamaşa aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub.

Tamaşadan əvvəl teatrın direktoru , Əməkdar artist Mübariz Həmidov, teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, tamaşanın rejissoru , Xalq artisti Vaqif Əsədov səhnəyə çıxdılar. Torpaqlarımız uğrunda şəhid olan vətən oğulları bir dəqiqəlik sükutla yad edildikdən sonra teatrın direktoru bildirdi ki, 2016-cı ilin apel ayında Azərbaycanın növbəti qəhrəmanları doğuldular. Düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut etdilər. Tamaşanın rejissoru Vaqif Əsədov çıxışı zamanı qeyd etdi ki, teatr hər zaman vətənpərvərlik ruhunda tamaşalara xüsusi yer ayırır. Teatrın baş rejissoru Bəhram Osmanov əsərin teatrın repertuarında baxımlı tamaşalar sırasında olduğunu vurğulayaraq, diqqətə çatdırdı ki, aprel döyüşlərində şəhid olan igid oğullarımız vətən üçün yaşadılar, ömürləri kimi arzuları yarımçıq qalsa da xalq tərəfindən hər zaman xatirələri əziz tutulur.

Daha sonra tamaşa nümayiş olundu. Y.Abramov və Leyla Bəyimin "Yarımçıq qalmış..." (Xəyalpərvər oğlan") əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın səhnə əsərinin quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, plastik səhnələrin rejissoru Pərviz Məmmədrzayev, musiqi tərtibatçısı Ramiq Nəsirov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır. Tamaşada əsas obrazları Əməkdar artistlər Leyli Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Bəhram Həsənov, Günel Məmmədova, Asya Atakişiyeva, Səbinə Məmmədova, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov, Vahid Orucoğlu, Ramil Məmmədov və başqaları ifa edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31