Yıldırımdan Türkiyəni silkələyən istefa xəbərinə cavab
Türkiyə Baş nazir Binəli Yıldırım müavini Məhməd Şimşəklə bağlı mətbuatın yaydığı məlumatlara aydınlıq gətirib. Yıldırım Monqolustan səfərindən öncə jurnalistlərə açıqlamasında Şimşəkin vəzifəsindən azad edilmədiyini bildirib.
6 Aprel 2018 12:18 DünyaTürkiyə Baş nazir Binəli Yıldırım müavini Məhməd Şimşəklə bağlı mətbuatın yaydığı məlumatlara aydınlıq gətirib. Yıldırım Monqolustan səfərindən öncə jurnalistlərə açıqlamasında Şimşəkin vəzifəsindən azad edilmədiyini bildirib.
"İddialar, dedi-qodular Ankarada bitməz. Məhməd Şimşək öz vəzifəsini icra edir. Nazirlər Kabinetində nə zaman, kimi dəyişdirəcəyimizə qərar verdikdən hərəkətə keçərik. Hazırda gündəmimizdə belə bir şey yoxdur. Hökumətimizin fəaliyyəti qərarlı şəkildə davam edir", - deyə o bildirib.
Qeyd edək ki, mətbuatın Şimşəkin istefaya göndərildiyi haqqında yaydığı məlumat valyuta bazarında qarışıqlığa səbəb olub. Belə ki, bu xəbərdən sonra yerli valyuta ucuzlaşıb nəticədə dollar rekord həcmdə bahalaşaraq 4,0469 lirəyə çatıb. Axar.az