“Azərbaycanda seçkilərə hazırlıq yüksək səviyyədə gedir”

“Aprelin 11-də keçiriləcək prezident seçkilərində Azərbaycan xalqı ölkənin sabitliyini, rifahını, iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən, daxili və xarici siyasətini böyük uğura aparan namizədə səs verəcək”. 

"Aprelin 11-də keçiriləcək prezident seçkilərində Azərbaycan xalqı ölkənin sabitliyini, rifahını, iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən, daxili və xarici siyasətini böyük uğura aparan namizədə səs verəcək". 

Bunu sechki-2018.az saytına açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının katibi Nərgiz Xələf deyib. Azərbaycanda seçkilərin hər zaman şəffaf və demokratik şəraitdə baş tutduğunu xatırladan Şura katibi söyləyib ki, seçki prosesi hər bir ölkənin həyatında çox vacib, önəmli, tarixi bir hadisədir: "Azərbaycanda seçkilərə hazırlıq yüksək səviyyədə gedir. Vətəndaş cəmiyyəti institutu olaraq, bir sıra bölgələrdə tədbirlər təşkil edir, əhali arasında seçkilərlə bağlı maarifləndirmə işi aparırıq. Maarifləndirmə tədbirlərində vətəndaşlara onların səsvermə prosesində iştirakının əhəmiyyəti barədə məlumatlar veririk. Növbəti tədbirimiz xaricdə yaşayan azərbaycanlıların seçkidə iştirakı ilə bağlı olacaq. Əminəm ki, Azərbaycan xalqı seçkilərdə fəal iştirak edəcək". 

Azərbaycanın yüksək seçki təcrübəsi olduğunu deyən QHT rəsmisi xarici ölkələrin, beynəlxalq müşahidəçilərin bu prosesə marağını müsbət dəyərləndirib: "Beynəlxalq təşkilatların nümayəndələri artıq Azərbaycana təşrif buyurublar. Onlar seçkiyə hazırlıq prosesini yaxından izləyir, müxtəlif hesabatlar təqdim edirlər. Qeyd edim ki, xarici müşahidəçilər indiyədək yalnız müsbət fikirlər yayıblar ki, bu da bizim üçün qürurvericidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31