Gündəm
Nursultan Nazarbayev: "Prezident seçkilərindəki qələbə sübut edir ki, Azərbaycan xalqı İlham Əliyevin siyasətinə yüksək dəstək verir"
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Salyan-Neftçala avtomobil yolu əsaslı şəkildə təmir olunub
Salyan və Neftçala rayonlarını birləşdirən 45 km uzunluğunda olan respublika əhəmiyyətli avtomobil yolu əsaslı şəkildə təmir olunur. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki. artıq Salyan-Neftçala avtomobil yolunun əsaslı təmirinə start verilib və qısa müddət ərzində yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri nəticəsində müasir yol infrastrukturu yaradılıb.
Seminar dərslər başa çatıb
Paytaxt məktəblərində PİSA-2018 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər üçün təşkil olunan seminar-dərslər yekunlaşıb. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, beynəlxalq qiymətləndirmə üzrə koordinatorlar tərəfindən keçirilən seminar-dərslər 20 fevral -10 aprel 2018-ci il tarixlərini əhatə edib.
Regionların social-iqtisadi inkişaf proqramları şəhərlərə üz tutan sakinlərin geri qayıtmasına səbəb olub
Azərbaycanda qeyri-neft sektorunun inkişafı ölkənin ərzaq təhlükəsiliyi ilə təmin olunmasında müstəsna rol oynayıb. Hazırda hökumət ixrac potensialını artırmaq və ölkəyə valyuta axınını təmin etmək məqsədilə texniki bitkilərin inkişafına xüsusi diqqət ayırıb.
Bolqarıstanlı müşahidəçi: "Azərbaycanda prezident seçkiləri beynəlxalq normalar çərçivəsində keçdi"
Azərbaycanda prezident seçkiləri beynəlxalq normalar çərçivəsində keçdi. Məlumata görə, bunu Avropa Parlamenti, İtaliya, Almaniya, Polşa, Bolqarıstan, Belçika, Fransa, Argentina və Slovakiya deputatlarından ibarət “Vətəndaş dialoqu” missiyasının müşahidəçilərinin mətbuat konfransında Bolqarıstan parlamentinin üzvü Penço Milkov deyib.
Azərbaycanla İran arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə imzalanıb
Azərbaycan Respublikası energetika nazirinin müavini Natiq Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub. Nazirlikdən verilən məlumata görə, İranınEnergetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektrik enerjisinin alqı-satqısının təmin olunması, Azərbaycan-İran- Rusiya enerji sistemlərinin birgə fəaliyyətinin tənzimlənməsi, və üçüncü ölkəyə elektrik enerjisinin tranziti məsələləri müzakirə edilib.
Beynəlxalq təşkilat Skripal olayı ilə bağlı Britaniyanın mövqeyini təsdiqləyib
Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının ekspertləri tərəfindən Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın Böyük Britaniyada zəhərlənməsi üzrə aparılan təhqiqatın nəticələri açıqlanıb.
Bakıda yanğın olub - Xəsarət alan var
Bakının Xətai rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, ümumi sahəsi 210 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə 1 ədəd kondisioner və 6 kv.m sahədə divar kağızı yanıb.
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Azərbaycan Prezidenti İlham Əliyevin yenidən prezident seçilməsi münasibəti ilə təbrik zəngləri gəlməkdə davam edir.
Bakıda Beynəlxalq Konfrans keçiriləcək
Ölkəmizdə əmək və məşğulluq, əmək bazarı sahəsində həyata keçirilən uğurlu islahatlar, əldə olunan nailiyyətlər nəzərə alınmaqla, Azərbaycan Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən BMT-nin “2030 Gündəliyi”nin və Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə seçilib. Bununla əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə cari ilin 21 may tarixində Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək.
Media səsvermə prosesini əvvəlki seçkilərdən daha peşəkar şəkildə işıqlandırdı
Aprelin 12- də Beynəlxalq Mətbuat Mərkəzində aprelin 11 – də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı Mətbuat Şurasının mətbuat konfransı keçirildi.
11 sentyabr hadisəsi ilə bağlı ŞOK HƏQİQƏT ÜZƏ ÇIXDI: sən demə, hücum...
Məşhur distopiya yazarı Marqaret Etvud ABŞ-da baş verən 11 sentyabr hadisələri ilə bağlı şok açıqlama verib.78 yaşlı kanadalı yazar Əkiz Qüllələri partladan Əl-Qaidə terror təşkilatının hadisənin ideyasını “Star Wars” (Ulduzların savaşı) filmindən götürdüyünü bildirib. O, bu barədə “Variety” dərgisinə verdiyi müsahibədə danışıb.
Azərbaycan vətəndaşları ölkənin nurlu gələcəyini Prezident İlham Əliyevdə görür
"Aprelin 11-də ölkəmizdə keçirilən seçkilərdə çox şəffaf şəkildə hər bir seçiciyə azad şəkildə öz seçimini etməyə şərait yaradılıbdı": Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Bundan sonra da dövlət başçısına dəstək olmaq hər birimizin mənəvi borcudur
Azərbaycan daha bir sınağı uğurla keçdi. Bütün təxribatlar, qarayaxmalar, pozuculuq əməllərinə cəhdlərə baxmayaraq aprelin 11-də demokratik, azad və ədalətli seçki keçirərək növbəti müddətə öz prezidentini seçdi. Bu əvvəlcədən də proqnozlaşdırıldığı kimi Cənab İlham Əliyev oldu.
Röyanın keçmiş əri: "Yalnız oğluma görə..."
Anar Cəlilov keçmiş həyat yoldaşı Röya Ayxanın fikirlərinə münasibət bildirib. A. Cəlilov Röya ilə boşanandan sonra nəinki münasibət qurmaq, heç telefonla da əlaqə saxlamadığını deyib: "Yalnız oğluma görə, görüş olub. Amma şəxsi münasibətimiz yoxdur. Özü ilə görüşməmişəm, hətta telefonla da danışmamışam boşanandan sonra. Buna görə onun fikirləri həqiqətdən uzaqdır".

.jpg)
.jpg)











