Bakıda Beynəlxalq Konfrans keçiriləcək

Ölkəmizdə əmək və məşğulluq, əmək bazarı sahəsində həyata keçirilən uğurlu islahatlar, əldə olunan nailiyyətlər nəzərə alınmaqla, Azərbaycan Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən BMT-nin “2030 Gündəliyi”nin və Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə seçilib. Bununla əlaqədar Azərbaycan Respublikasının  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə cari ilin 21 may tarixində Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək. 

Ölkəmizdə əmək və məşğulluq, əmək bazarı sahəsində həyata keçirilən uğurlu islahatlar, əldə olunan nailiyyətlər nəzərə alınmaqla, Azərbaycan Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən BMT-nin "2030 Gündəliyi"nin və Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə seçilib. Bununla əlaqədar Azərbaycan Respublikasının  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə cari ilin 21 may tarixində Bakıda "Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği" mövzusunda Beynəlxalq Konfrans keçiriləcək. 

BƏT-in Baş direktoru Qay Rayderin də konfransda iştirak etmək üçün ölkəmizə səfəri planlaşdırılıb ki, bu da Azərbaycan Respublikasının BƏT-ə üzv olduğu 26 illik dövrdə Təşkilatın Baş direktorunun ölkəmizə ilk səfəri olacaqdır. Həmçinin Konfransda 20-dək ölkədən nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulub.

Konfransda dünyada əmək bazarının müxtəlif kontekstlərində Dayanıqlı İnkişaf Məqsədlərinin, həmçinin layiqli əmək konsepsiyasının təbliği və reallaşdırılmasında region ölkələrinin əldə etdiyi nailiyyətlərin, əməyin gələcəyi, iqtisadi inkişafın inkluziv, davamlı və iş yerlərinin açılması baxımından səmərəli olması, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid,  Dayanıqlı İnkişaf Məqsədləri üzrə monitorinq sisteminin tətbiqi və s. müzakirə olunması nəzərdə tutulur.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31