Xirdalanda   güclü   yanğın  baş  verib

Bu gün səhər saatlarında Xırdalan şəhərində baş verən yanğın söndürülüb.

Məlumat  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.

"Nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb", - deyə məlumatda bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31