Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Azərbaycan Prezidenti İlham Əliyevin yenidən prezident seçilməsi münasibəti ilə təbrik zəngləri gəlməkdə davam edir.
12 Aprel 2018 17:09 SiyasətAzərbaycan Prezidenti İlham Əliyevin yenidən prezident seçilməsi münasibəti ilə təbrik zəngləri gəlməkdə davam edir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Şavkat Mirziyoyev İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Şavkat Mirziyoyeva minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin də bu gün Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Prezident Vladimir Putin prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Vladimir Putin əminliyini ifadə edib ki, Rusiya-Azərbaycan əlaqələri bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcək.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Vladimir Putinə minnətdarlığını bildirib. Dövlət başçısı öz növbəsində Azərbaycan ilə Rusiya arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə və ölkələrimizin bir-biri ilə daha sıx əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib.
Telefon söhbəti zamanı dövlət başçıları strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Növbəti təbrik Macarıstanın Baş naziri Viktor Orbandan gəlib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Viktor Orban İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
Həmçinin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd olmuş Qüdrət Həsənquliyev də prezident İlham Əliyevə zəng edib. Q. Həsənquliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib, Azərbaycanın inkişafı və xalqımızın rifahı yolundakı fəaliyyətində uğurlar arzulayıb.
Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç isə belə deyib:
Zati-aliləri. Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və işlərinizdə uğurlar arzulayıram.
Azərbaycan vətəndaşları tərəfindən Sizə yenidən yüksək etimad göstərilməsi sübut edir ki, onlar Sizin ideyalarınızın gücünə və Azərbaycanın gələcək tərəqqisi barədə Zati-alinizin fikirlərinə dərindən inanırlar. Əminəm ki, xalqın etimadı onun uğur yolu ilə aparılmasını davam etdirmək üçün Sizin polad iradənizi daha da möhkəmləndirəcək.
Şadam ki, tezliklə yenidən Sizin ölkənizə gələcəyəm və həm mənim bundan əvvəlki səfərim, həm də başqa tədbirlər zamanı apardığımız məzmunlu söhbətləri davam etdirəcəyik. Çünki biz dövlətlərin beynəlxalq hüquq tərəfindən tanınmış suverenlik və ərazi bütövlüyü prinsiplərinə ciddi riayət edilməklə Serbiya ilə Azərbaycan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün birgə səylərimizi davam etdirmək arzusunda və əzmindəyik.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, bir daha Sizə ən səmimi ehtiramımı bildirirəm.
Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili də Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib:
"Hörmətli cənab Prezident. Aprel ayının 5-7-də Bakı şəhərində keçirilən Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi çərçivəsində Sizinlə görüşmək şərəfinə nail olduğum üçün Zati-alinizə təşəkkürümü bildirmək istəyirəm.
Azərbaycanın iqtisadi tərəqqisinin və davamlı inkişafının təmin edilməsində ölkənizin geniş turizm imkanlarına malik olduğunu öyrənməkdən məmnun qaldım. Bu sahənin inkişafı üçün göstərdiyiniz davamlı səylərə və dəstəyə görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirirəm.
Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizə və xalqınıza isə əmin-amanlıq və tərəqqi arzu edirəm.
Əminəm ki, prezidentliyinizin yeni mərhələsində Azərbaycan Respublikası ilə Dünya Turizm Təşkilatı arasında mövcud olan sıx dostluq əlaqələri daha da möhkəmlənəcək.
Azərbaycan Respublikası ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlığın daha da genişlənməsi üçün Sizin dəstəyinizin davamlı olacağına ümidvaram.
Möhtərəm cənab Prezident, Sizə ən dərin ehtiramımı bildirirəm.