Gündəm

Bakıda seçki günü təcili yardıma 7 dairədən müraciət daxil olub

12 Aprel 2018 18:11

Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “103” xidmətinə 11 apreldə 2087 ümumi müraciət daxil olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu müraciətlərin cəmi 7-si seçki dairəsindən olub. Daxil olan müraciətlər 16, 40, 17, 27, 1, 125 və 24 saylı seçki məntəqələrindən qeydə alınıb. Müayinələr zamanı hipertoniya, mövsümi allergiya, stenokardiya və baş ağrısı kimi diaqnozlar təyin edilib.

Rusiya XİN: "İsrailin Suriyaya zərbə endirməsi İŞİD-in fəallaşması ilə üst-üstə düşüb"

12 Aprel 2018 18:09

“İsrail aviasiyasının Suriyadakı aviabazaya zərbə endirməsi İŞİD terrorçu qruplaşmasının döyüşçülərinin Suriyanın şərqində aktivləşməsi ilə üst-üstə düşüb”. Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında bildirib.

XİN: "Seçkilərin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabatla bağlı ATƏT DTİHB-ə Azərbaycan tərəfinin qəti etirazı çatdırılıb"

12 Aprel 2018 18:08

ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının 11 aprel tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabatı ədalətli və obyektiv hesab etmirik. Bunu açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.H.Hacıyev qeyd edib ki, bu gün müşahidə missiyasının nümayəndələri Xarici İşlər Nazirliyində qəbul olunub və məsələ ilə əlaqədar Azərbaycan tərəfinin qəti etirazı onlara çatdırılıb: "Haqqında bəhs olunan ilkin hesabatda seçkilərin müşahidə edilməsi üzrə metodoloji və texniki yanaşmadan çox subyektiv iddialar və qərəzli siyasi mülahizələr üstünlük təşkil edir.

Siyavuş Novruzov: “Onların bəyanatını aeroporta tullamaq lazımdır ki, gedəndə özləri ilə aparsınlar”

12 Aprel 2018 18:05

“Azərbaycan xalqı rəhbərini, prezidentini seçdi. Konstitusiyamızda yazılıb ki, hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır. Xalqımız da bu seçkidə öz sözünü dedi”. Məlumata görə, bunu Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlıATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (ATƏTPA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyalarının bəyanatlarına münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, prezident seçkilərində prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov deyib.

Novruz Məmmədov: "Əvvəlcədən hazırlanmış materialı ilkin nəticələr kimi yaymaq tərəfdaş ölkənin xalqının iradəsinə və seçiminə hörmətsizlikdir"

12 Aprel 2018 18:03

Əvvəlcədən hazırlanmış materialı ilkin nəticələr kimi yaymaq tərəfdaş ölkənin xalqının iradəsinə və seçiminə hörmətsizlikdir. Məlumata görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.

Ombudsman: "Prezident seçkiləri Konstitusiyaya, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun şəkildə keçirilib"

12 Aprel 2018 17:57

11 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Aparatının əməkdaşları, Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzlərinin nümayəndələri müstəqil müşahidəçi qismində paytaxt Bakı və ölkənin 53 şəhər və rayonunda 103 seçki dairəsi üzrə 371 seçki məntəqəsində, o cümlədən Cocuq Mərcanlıda, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, hərbi hissələrdə, cəzaçəkmə müəssisəsində Prezident seçkilərini müşahidə ediblər.

Argentinalı müşahidəçi: "Azərbaycanda prezident seçkiləri tamamilə şəffaf keçdi"

12 Aprel 2018 17:51

Azərbaycanda prezident seçkiləri tamamilə şəffaf keçdi. Məlumata görə, bunu Avropa Parlamenti, İtaliya, Almaniya, Polşa, Bolqarıstan, Belçika, Fransa, Argentina və Slovakiya deputatlarından ibarət “Vətəndaş dialoqu” missiyasının müşahidəçilərinin mətbuat konfransında Argentina parlamentinin üzvü Daniel Ramundo deyib.

Bəhruz Quliyev: "ATƏT DTİHB-nin prezident seçkiləri ilə bağlı bəyanatı Azərbaycana qarşı əvvəlcədən hazırlanmış təxribat idi"

12 Aprel 2018 17:50

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının üzvlərinin Azərbaycanda prezident seçkiləri ilə bağlı fikirləri Azərbaycana qarşı əvvəlcədən hazırlanmış təxribat idi. Bu barədə  siyasi ekspert Bəhruz Quliyev deyib.

“Türk Hava Yolları” rekord sayda sərnişinə xidmət göstərib

12 Aprel 2018 17:43

Cari ilin yanvar-mart aylarında “Türk Hava Yolları” aviaşirkəti tarixində sözügedən dövr üzrə yüklənmə səviyyəsinin rekord göstəricisinə müvəffəq olub. “OLAYLAR” xəbər verir ki, yanvar və fevralda daşınan sərnişinlər sayının ikirəqəmli artımı mart ayında da davam edib. Bu göstərici 24% artaraq 6 milyona çatıb. Sərnişin axının artması nəticəsində mart ayı üzrə yüklənmə səviyyəsi son beş il ərzində rekorda çatıb – 82%.

Cavid Qurbanov Kəramət Böyükçölə ev bağışlayıb?

12 Aprel 2018 17:41

Son günlər bəzi elektron KİV-lərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun Kəramət Böyükçölə ev bağışlanması haqqında həqiqətə söykənməyən məlumatlar yayılmaqdadır.

Britaniyalı gimnast: "Avropa çempionatındakı mühit mənim xoşuma gəldi"

12 Aprel 2018 17:39

Hər şey çox yaxşı keçdi, hər şey əladır, mühit mənim xoşuma gəldi. Bunu Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında çıxşından sonra Böyük Britaniya gimnastı Peter Buravitski deyib.

“Seçkilər yüksək səviyyədə təşkil olunmuşdu”

12 Aprel 2018 17:36

“Prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm”. Sechki-2018.az saytı xəbər verir ki, bunu prezident seçkilərini izləyən Bosniya və Hersoqovina-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Predraq Kojul müşahidələrin yekunlarına dair keçirilən mətbuat konfransında söyləyib.

DİP prezident seçkilərinə dair muşahidələrin nəticələrini açıqlayıb

12 Aprel 2018 17:33

Demokratik İslahatlar Partiyası (DİP) 11 aprel Azərbaycan Respublikası prezidenti seçkiləri ilə bağlı müşahidələrinin nəticələrini açıqlayıb. DİP-in bu barədə bəyanatında deyilir: “DİP-dən olan müşahidəçilər ölkə üzrə 125 seçki dairəsini və müvafiq olaraq 1000-dək seçki məntəqəsini əhatə ediblər.

ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidə missiyaları prezident seçkisi ilə bağlı ilkin rəyini açıqlayıb

12 Aprel 2018 17:30

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyaları Azərbaycanda prezident seçkilərində apardıqları müşahidələrə dair ilkin rəyini açıqlayıb.

“Dinamik artım tempi Azərbaycanı daha da gücləndirəcək” - Tahir Mirkişili

12 Aprel 2018 17:25

“Seçkilər artıq başa çatdı və Azərbaycan xalqı inkişafa, güclü liderə və parlaq gələcəyə səs verdi. Yaranmış bu müəyyənlik, gələcəyə yüksək inam iqtisadiyyata da öz müsbət təsirini göstərəcək”.