Gündəm
Binəli Yıldırım İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib
Türkiyə baş naziri Binəli Yıldırım Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Məlumata görə, B. Yıldırım İlham Əliyevə prezident seçkilərində inamlı qələbə qazanması ilə əlaqədar təbriklərini çatdırıb, Azərbaycan xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyevgöstərilən diqqətə və təbrikə görə Binəli Yıldırıma minnətdarlığını bildirib.
İtaliyalı müşahidəçilər: "Azərbaycanda prezident seçkilərində KİV-lərin işi üçün bütün şərait yaradılmışdı"
Azərbaycanda keçirilmiş prezident seçkiləri barədə təəssürat müsbətdir. Məlumata görə, bunu mətbuat konfransında İtaliya parlamentinin üzvü Luici Nevolla deyib. L.Nevollanın sözlərinə görə, seçkilər beynəlxalq hüquq və qanunlara uyğun keçirilib və heç bir pozuntu qeydə alınmayıb: "Seçkilər nizam-intizamla keçirildi, KİV-lərin işi üçün bütün şərait yaradılmışdı, heç bir maneə törədilmirdi".
Araz Əlizadədən SƏRT SÖZLƏR: "ATƏT başını daşa döyüb..."
“ATƏT-in kiməsə irad tutmağa nə haqqı, nə də ixtiyarı var”. Bu sözləri Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə ATƏT-in Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı yaydığı bəyanatı şərh edərkən deyib.
Cənubi Koreyada iki gəmi toqquşdu - 3 nəfər öldü
Cənubi Koreya sahillərində iki gəmi toqquşub. Məlumata görə, Tanzaniya bayrağı altında üzən yük gəmisi Cənubi Koreyaya məxsus balıqçı gəmisi ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə itkin düşüb.
ATƏT müşahidə missiyasının qərəzi
Prezident seçkiləri başa çatsa da, lakin seçkilər barədə hələ də müzakirələr, dəyərləndirmələr davam edir. Bir qayda olaraq seçkilərdən sonra səsvermə prosesini izləyən yerli və beynəlxalq müşahidəçilər seçki məntəqələrində apardıqları müşahidələrin nəticələrini açıqlayır, hesabatla çıxış edirlər.
"ATƏT-in qərəzli, sifarişli və böhtan xarakteli bəyanatı təəssüf doğurur"
"11 aprel tarixində Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri birmənalı olaraq xalqın iradəsi ilə, tam demokratik mühitdə, bütün iddialı siyasi qüvvələrə eyni imkanların yaradıldığı şəraitdə və səsvermə hüquqquna malik böyük əksəriyyət seçicilərin iştirakı ilə sona çatdı". Bunu Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.
Tahir Mirkişili: "ATƏT DTİHB bir növ adətkardır"
"Seçkiləri müşahidə edən hər bir təşkilat öz mövqelərini bildirirlər. Seçkilər kifayət qədər şəffaf və demokratik əsaslarla keçirilib". Bunu millət vəkili Tahir Mirkişili deyib.
Azər Həsrət: "Ortada qərəz və qeyri-obyektiv yanaşma var"
"Açığı, mən ATƏT-in seçkilərə yanaşmasından xeyli təəccüblənmişəm". Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Mübariz Əhmədoğlu: "Ən korrupiyalaşmış beynəlxalq qurum ATƏT DTİHB-dir"
"Mən Ria Novosti informasiya agentliyindən oxudum ki, guya ATƏT DTİHB-nin keçirdiyi mətbuat konfransı dağıdılıb. Bilirsinizmi, onlar üçün vacib deyil ki, hansısa xalqın siyasi iradəsini tanıdılar, yaxud tanımadılar. Onlar üçün vacib sifarişi yerinə yetirməkdir". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Azərbaycanlı gimnast: "Mənim məqsədim Olimpiya çempionu olmaqdır"
Əsas odur ki, mən məşqçinin tapşırıqlarını yerinə yetirdim. Bunu Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında çıxşından sonra Azərbaycan gimnastı Selcan Maqsudova deyib.
Mixail Malkin: "Doğma arenada çıxış etmək həmişə çox məsuliyyətlidir"
Doğma arenada çıxış etmək həmişə çox məsuliyyətlidir. Bunu Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında tamblinq yarışlarında təsnifat çıxışından sonra Azərbaycan gimnastı Mixail Malkin deyib.
Putin və Ərdoğan arasında telefon danışığı olub
Rusiya və Türkiyə prezidentləriVladimir Putin və Rəcəp Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bu il Azərbaycana avtomobil idxalı 2,4 dəfə artıb
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana ümumilikdə 3 506 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin açıqladığı statistika xəbər verir ki, 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 2 075 ədəd avtomobil və ya 2,45 dəfə artıb.
“Onlar Azərbaycan xalqının iradəsinə hörmətsizlik etdilər”
Azər Badamov: "Biz seçkini heç də kiminsə xoşuna gəlmək üçün keçirmirik"
"ATƏT seçkilərdə müşahidə missiyasını müəyyən dairələrin sifarişi ilə, məqsədli şəkildə həyata keçirir". Bunu millət vəkili Azər Badamov deyib.














