Gündəm

Dünya opera ulduzları Azərbaycanda - “Madam Batterflyay”

13 Aprel 2018 10:08

Mayın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında İtaliyanın Azərbaycandakı səfirliyinin birgə layihəsi kimi Cakomo Puççininin  “Madam Batterflyay” operasının tamaşası keçiriləcəkdir. Tamaşada əsas partiyanı Çio-Çio-San rolunu tanınmış italyan opera müğənnisi Silvana Fraş ifa edəcəkdir. Vətəni İtaliyada çıxış etməklə yanaşı, o həm də Almaniya, Belçika, Norveç. İngiltərə, İspaniya, ABŞ kimi ölkələrdə uğurla keçən qastrol səfərlərində olmuşdur. Şarples rolunda  isə Ukrayna Milli operasının solisti, Ukraynanın Əməkdar artisti Dmitri Qrişin çıxış edəcəkdir.

Rusiyada helikopter qəzaya uğradı

13 Aprel 2018 10:03

Kalininqrad vilayətində Baltik dənizi üzərində helikopter qəzaya uğrayıb. Kalininqrad fövqəladə xidmətinin yaydığı xəbərə görə, qəza nəticəsində dənizə düşən helokopterdə iki ekipaj üzvü olub.

Daha bir filmimiz Kann festivalına təqdim olundu

13 Aprel 2018 09:54

“Şollerin arxivi” bədii filmi 71-ci Kann filmi festivalına təqdim olunub. Filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov AZƏRTAC-a deyib ki, festivala martın 5-də filmlərin qəbulunun dayandırılmasına baxmayaraq, “Şollerin arxivi”ni apreldə qeydə alıblar. Hətta festivala qəbul üçün ödəniş rüsumlarını da özləri ödəyib. Rejissor bildirib ki, filmin çəkilişləri 11 ay davam edib. Triller janrında lentə alınan ekran əsərinin rejissoru, tanınmış kinematoqrafçı Adil Qulamov, quruluşçu operatoru Fahir Səmədoğlu, montajçısı Faiq Nagiyevdir.

Fransızdilli universitetlərin I forumu

13 Aprel 2018 09:47

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Frankafoniya Universitet Mərkəzi və Fransanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində fransızdilli universitetlərin I forumu keçirilib. Forumu giriş sözü ilə açan Fransanın Azərbaycandakı səfiri Orelia Buşezi forumun keçirilməsi üçün göstərilən dəstəyə görə ADU rəhbərliyinə dərin təşəkkürünü bildirib: “Mən bu forumda Fransa səfirliyinin iştirakına görə qürur hissi keçirirəm, eyni zamanda, fransız dilini öz tədris dili kimi seçən ölkələrin nümayəndələrinin burada olmasından məmnunam. Azərbaycan Dillər Universitetində təhsil alan tələbələrin Fransız dilində tədrisi davam etdirmələrinin iki önəmli cəhətini vurğulamaq istərdim. Birincisi, Fransa və Azərbaycan arasında təhsil və elm əlaqələrinin inkişafı sürətlənəcək, ikincisi fransızdilli ölkələrdə yaşamaq üçün şərait yaranacaq”.

Şakiranın makiyajsız fotosuna tərif yağdı

13 Aprel 2018 09:37

Müğənni Şakira İnstaqram hesabında yeni fotosunu paylaşıb.  41 yaşlı ifaçı makiyajsız halını izləyiciləri ilə bölüşüb.

“Müharibə bu şəhərdə bitəcək” – ABŞ NÖQTƏNİ QOYDU

13 Aprel 2018 09:28

“ABŞ Suriya müharibəsinin başa çatması üçün Cenevrə prosesinə bağlıdır”. Bu haqda ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib.

Yük maşınını insanların üzərinə sürdü

13 Aprel 2018 09:24

İspaniyanın Barselona şəhərinin mərkəzində sürücü bilmədən yük maşınını insanların üzərinə sürüb. Hadisə nəticəsində sürücü də daxil olmaqla 7 nəfər xəsarət alıb.

Yeni tamaşa hazırlanır - Gənc Tamaşaçılar Teatrında

13 Aprel 2018 09:20

Doxsan illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti yeni tamaşa hazırlanır. Olaylar.az bildirir ki, Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş və teatrın repertuar planında təsdiq olunan “Tənbəl Əhməd” adlı səhnə əsəri gənclər və yeniyetmələrə xeyirxahlıq, zəhmətkeşlik, sədaqətlilik kimi yüksək insani keyfiyyətləri aşılayır. Tamaşanın quruluşçu rejissoru gənc rejissor Ayla Osmanovadır.

Məscidin minarəsinə çıxdı, insanlara atəş açdı - FOTO/VİDEO

13 Aprel 2018 09:17

Türkiyənin Bursa şəhərində Küba məscidində hadisə baş verib. Murad Tahsin adlı şəxs tüfənglə məscidin minarəsinə qalxıb və ətrafdakılara atəş açıb. Məlumata görə, həmin şəxs haqqında borcu səbəbindən həbs qərarı çıxarılıb. O, həbsxanaya girmək istəmədiyi üçün belə bir addım atdığını deyib.

Muzeydə "Tətilə gedin"  - Vintaj poster sərgisi

13 Aprel 2018 09:15

İsveçrənin Azərbaycandakı səfirliyi bu ilki Frankofoniya həftələrində böyük məmmuniyyətlə, geniş ictimaiyyətə ünvanlanmış "Tətilə gedin!" adlı Vintaj poster sərgisini təqdim edir: Aprelin 13- də  saat 19.00-da Azərbaycan Milli İncəsənət Muzeyində sərginin açılışı olacaq. Olaylarr.az bildirir ki,  tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, İsveçrə Səfiri və tərəfdaş təşkilatı olan Tourism Switzerland-ın nümayəndəsi iştirak edəcək.

İlham Əliyev: "Mən həmişə Azərbaycan xalqının dəstəyinə arxalanmışam" - FOTO/VİDEO

13 Aprel 2018 09:11

Heydər Əliyev Mərkəzinin qarşısında ötən gün keçirilən prezident seçkilərində qazanılan qələbə ilə bağlı tədbir keçirilib. Qələbə münasibəti ilə təşkil edilən konsert proqramını tanınmış şoumen Murad Dadaşov aparıb. Tədbirdə bir çox sənətçilər iştirak edib.

Milli Kitabxana treninqlərə başlayıb

13 Aprel 2018 09:07

“ALİSA” Elektron Kitabxana Sisteminin və innovasiyaların kitabxanalara tətbiqi ilə əlaqədar bir sıra rayon kitabxanalarının əməkdaşları üçün aprelin 12-dən 18-dək M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında treninqlər başlayıb.

İrandan İsrailə TƏHDİD: Təl-Əviv məhv ediləcək

13 Aprel 2018 09:04

İran hökuməti İsraili Tehrana qarşı axmaq addımlar atmamağa çağırıb. Bu bəyanatla İslam Respublikasının ali dini lideri Əli Xamneyinin nümayəndələrindən biri çıxış edib.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 96 mənzili yaşayış binasının tikintisinə baxış olub

12 Aprel 2018 19:39

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun və əlil ictimai birliklərinin rəhbərlərinin iştirakı ilə nazirliyin sifarişi əsasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakının Nizami rayonunda, B.Çobanzadə küçəsində inşa olunan 96 mənzilli yaşayış binasında aparılan tikinti işlərinə baxış olub.