Muzeydə "Tətilə gedin"  - Vintaj poster sərgisi

İsveçrənin Azərbaycandakı səfirliyi bu ilki Frankofoniya həftələrində böyük məmmuniyyətlə, geniş ictimaiyyətə ünvanlanmış "Tətilə gedin!" adlı Vintaj poster sərgisini təqdim edir: Aprelin 13- də  saat 19.00-da Azərbaycan Milli İncəsənət Muzeyində sərginin açılışı olacaq. Olaylarr.az bildirir ki,  tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, İsveçrə Səfiri və tərəfdaş təşkilatı olan Tourism Switzerland-ın nümayəndəsi iştirak edəcək.

İsveçrənin Azərbaycandakı səfirliyi bu ilki Frankofoniya həftələrində böyük məmmuniyyətlə, geniş ictimaiyyətə ünvanlanmış "Tətilə gedin!" adlı Vintaj poster sərgisini təqdim edir:

Aprelin 13- də  saat 19.00-da Azərbaycan Milli İncəsənət Muzeyində sərginin açılışı olacaq. Olaylarr.az bildirir ki,  tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, İsveçrə Səfiri və tərəfdaş təşkilatı olan Tourism Switzerland-ın nümayəndəsi iştirak edəcək.

"Tətilə gedin!" adlanan sərgi bir əsr ərzində (1971-2017) İsveçrədə turizmi təşviq edən vintaj posterlərin gözəl seçimindən ibarətdir. Tarixi və rəssamlıq baxımından dəyərli posterlərin geniş kolleksiyası "Switzerland Tourism" təşviqat assosiasiyasının 100 illik yubileyi münasibəti ilə ötən il İsveçrənin bir sıra muzeylərində nümayiş olunub.

Bəzilərinin əllə çəkildiyi vintaj posterlər İsveçrə tarixinə şahidlik edir, bizim bir sıra məşhur istirahət məkanlarını təsvir edir və bu posterlərdə toxunulmamış təbiət və landşaft, infrastruktur, idman tədbirləri və insanlar kimi gözəl motivlər seçilib.

İsveçrə səfirliyi partnyor və sponsorlara, xüsusən də Milli İncəsənət Muzeyi, Mədəniyyət və Turizm

Nazirliyinə, "Switzerland Tourism"ə (cənab Federico Sommaruga), Trans Adriatik Boru Kəməri (TAP)

və İsveçrənin enerji ticarət şirkəti olan Axpo Holdinqə təşəkkür edir.

Sərgi aprel ayının 28-dək Azərbaycan Milli İncəsənət Muzeyində açıq olacaq. Giriş pulsuzdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31