Mübariz Əhmədoğlu: "Ən korrupiyalaşmış beynəlxalq qurum ATƏT DTİHB-dir"

"Mən Ria Novosti informasiya agentliyindən oxudum ki, guya ATƏT DTİHB-nin keçirdiyi mətbuat konfransı dağıdılıb. Bilirsinizmi, onlar üçün vacib deyil ki, hansısa xalqın siyasi iradəsini tanıdılar, yaxud tanımadılar. Onlar üçün vacib sifarişi yerinə yetirməkdir". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

"Mən Ria Novosti informasiya agentliyindən oxudum ki, guya ATƏT DTİHB-nin keçirdiyi mətbuat konfransı dağıdılıb. Bilirsinizmi, onlar üçün vacib deyil ki, hansısa xalqın siyasi iradəsini tanıdılar, yaxud tanımadılar. Onlar üçün vacib sifarişi yerinə yetirməkdir". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, beynəlxalq təşkilatların içərisində siyasi baxımdan ən korrupiyalaşmış qurum ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosudur: "Siz təsəvvür edin 2017-ci ilin aprelində Ermənistanda parlament seçkiləri keçirilib, hələ bu günə qədər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu onunla bağlı yekun rəyi açıqlamayıb. Yəni, tam yekun rəy açıqlanmayıb. Ötən il 2017-ci ilin dekabr ayında bir sənəd yaydılar, amma özləri də etiraf etdilər ki, o yekun sənəd deyil. Ermənistanda da hal-hazırda müxtəlif hakimiyyət dəyişiklikləri gedir, seçki prosesləri gedir, müxalifət qışqırır ki, Ermənistanda konstitusiya pozulur. Yəni, bizdə heç bir konstitusiya və qanunvericilik norması pozulmayıb. ATƏT-in dediyi siyasi kriteriyalardır. Hüquqi kriteriyalar deyil. Amma, Ermənistanda müxalifət qışqırır ki, Armen Sarkisyan Ermənistanın prezidenti ola bilməz, çünki, bu adam Ermənistanın vətəndaşı deyil, başqa ölkə vətəndaşıdır. Bir sözlə, bu konstitusiyanın pozulmasıdır. Hələ bu günə qədər qədər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ona reaksiya vermir".

M.Əhmədoğlu qeyd edib ki, ATƏT-in və digər Avropa təşkilatlarının gözünün qabağında Serj Sarkisyan bütün səlahiyyətləri əlinə keçirib, təzə bir diktatura rejimi qurubsa da ona reaksiya verilmir: "Amma Azərbaycanda güya rəqabət mühiti yoxdur deyə iddilar irəli sürülür. Hansı rəqabətdən danışılır ki, Azərbaycan, rəsmi Bakı ciddi cəhdlə maraqlı idi ki, nə qədər adam seçkiyə qatılacaqsa qatılsın. Hətta bəlkə də imza toplayanlara göz yumuldu da ki, qoy təki iştirak etsinlər. Yəni imzalar da son dərəcə dəqiqliyinə kimi yoxlanılmadı da ki, qeydə alınsın. Cənab İlham Əliyevin topladığı səs 86 faizdir. Ondan sonra ikinci yerdə duranın topladığı cəmi 3, 74 faiz təşkil edir. Bir yerdə ki, birinci yerlə ikinci yer arasında olan fərq 82 faizdir, burda hansı rəqabət mühitini aktuallaşdırmaq olar? "Milli Şura"dakılar da əvvəlki seçkilərdə iştirak ediblər və onların da səs faizini görmüşük. İndi də gəlib iştirak edəydilər də. Haçansa ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu dedimi ki, ay "Milli Şura" sən gəl bir, yaxud iki adamla qatıl seçkilərə?

Yəni, bu da mənim Azərbaycana töhfəm ki, yəni radikal müxalifət də iştirak edib. Müxalifət var idi siyahıda.

Təbii ki, ATƏT üçün siyasi iradə maraqlı deyil. Onlar bir daha sübut etdilər ki, dünyada ən siyasi korrupsialaşmış qurumdular. Bir daha sübut etdilər ki, onlar Azərbaycanla bağlı sifariş yerinə yetirirlər, onlar bir daha sübut etdilər ki, Cənab İlham Əliyevin Prezidentliyi hansısa sahədə onları qane etmir. Bu yolla çalışırlar Prezidentə təzyiq etsinlər. Amma bu mümkün deyil. Çünki, xalq-iqtidar birliyi möhkəm əsaslara söykənir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31