“Onlar Azərbaycan xalqının iradəsinə hörmətsizlik etdilər”
12 Aprel 2018 18:34 Siyasət"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, bu gün keçirilən mətbuat konfransındaATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidə missiyalarının səsləndirdiyi fikirlər qərəzli, obyektivlikdən uzaq subyektiv fikirlərdir: "Məsələyə bolşevik təfəkkürü ilə yanaşırlar. Mən həmin tədbirdə idim, seçki ilə bağlı bir sıra məsələlərə toxundular, seçkilərdə rəqabət mühitinin olmadığını söylədilər. Bu fikirlər reallığı əks etdirmir. Həmin tədbirdə onlar Azərbaycan xalqının iradəsinə zidd fikirlər səsləndirdilər. Onlar Azərbaycanda demokratik addımları qiymətləndirmir, anti-Azərbaycan, ermənipərəst qüvvələrin maraqlarına uyğun bəyanat verirlər. Ermənistanda, digər ölkələrdə seçki pozuntularına münasibət bildirmir, Azərbaycanda görülən böyük işlərə ədalətsiz mövqe nümayiş etdirirlər. Azərbaycan xalqı öz seçimini edib. Bu insanlar Azərbaycan xalqının seçiminə, iradəsinə qarşı çıxır, qərəzli fikirlər səsləndirirlər. Bu, qəbuledilməzdir".

Millət vəkili Elman Nəsirov ATƏTDTİHB-nin seçkilərlə bağlı qərəzli mövqe ortaya qoyacağı ilə bağlı proqnozlar özünü doğruldub: "Bir çox hallarda olduğu kimi, AŞPA-nın da indiki halda ATƏT DTİSHB təsiri altına düşdüyü meyli hiss olunur. Nəzərə çatdırım ki, Azərbaycanda prezident seçkilərini 61 təşkilat və 59 ölkədən 894 beynəlxalq müşahidəçi izləyib. ATƏT, AŞPA istisna ilə, bu müşahidəçilərin əksəriyyəti seçkilərin demokratiya sahəsində növbəti addım olduğunu, Azərbaycanda şəffaf seçkilər keçirildiyini təsdiqlədilər. ATƏT DTİH gah parlament, gah da parlament seçkiləri ilə bağlı öncədən hazırladıqları hesabatla gəlirlər. Guya seçkiləri müşahidə görüntüsü yaradır, sonra da gətirdikləri bəyanatı təqdim edirlər. Ya da 2015-ci il parlament seçkilərində olduğu kimi, boykot yolunu seçirlər. Onların bu yanaşması qərəzlidir. Azərbaycanda gedən prosesləri, əhalinin aktivliyini görməmək acı təəssüf doğurur.ATƏT DTİB daha yüksəkdə dayanan havadarlarının tapşırığını, sifarişini yerinə yetirir, Azərbaycanda demokratiya quruculuğunda yeni mərhələyə kölgə salmağa çalışırlar. Ancaq əsas Azərbaycan xalqıdır, əhalinin 86,03 faizi İlham Əliyevə səs verib. Azərbaycan xalqı bugünkü sabitliyə, təhlükəsizliyə, inkişafa səs verib. Çox təəssüf ki, həmin təşkilatlar Azərbaycanla bağlı qərəzli mövqe ortaya qoyur".