Azər Badamov: "Biz seçkini heç də kiminsə xoşuna gəlmək üçün keçirmirik"

"ATƏT seçkilərdə müşahidə missiyasını müəyyən dairələrin sifarişi ilə, məqsədli şəkildə həyata keçirir". Bunu millət vəkili Azər Badamov deyib.

"ATƏT seçkilərdə müşahidə missiyasını müəyyən dairələrin sifarişi ilə, məqsədli şəkildə həyata keçirir". Bunu millət vəkili Azər Badamov deyib.

Millət vəkili bildirib ki, ATƏT-in seçki ilə bağlı aşığılayıcı fikirlələ çıxış edəcəyi qabaqcadan bizə məlum idi: "Ölkəmizdə keçirilən seçkidə xalqımız öz iradəsini sərbəst şəkildə ifadə etdi. Qayda pozuntusu halları, müdaxilə və seçicilərə təsir halları olmamışdır. Seçkilər tam demokratik şəraitdə keçdi. Hətta onu da qeyd etmək istəyirəm ki, Azərbaycanda keçirilən prezident seçkiləri ATƏT üzvü olan ölkələrdə keçirilən seçkilərdən də yüksək səviyyədə baş tutub. Qaldı ki, bəzi beynəlxalq təşkilatların qərəzli fikirlərinə, biz seçkini heç də kiminsə xoşuna gəlmək üçün və kimlərsə göstərmək üçün keçirmirik. Biz seçkini yalnız Azərbaycan vətəndaşının seçimini öyrənmək üçün keçiririk. Azərbaycan xalqı müdrik xalqdır. Təbii ki, xalqımız Azərbaycanın işıqlı gələcəyinə səs verdi. Bizi maraqlandıran da xalqımızın fikridir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31