Azər Həsrət: "Ortada qərəz və qeyri-obyektiv yanaşma var" 

"Açığı, mən ATƏT-in seçkilərə yanaşmasından xeyli təəccüblənmişəm". Bunu siyasi şərhçi Azər Həsrət deyib.

"Açığı, mən ATƏT-in seçkilərə yanaşmasından xeyli təəccüblənmişəm". Bunu siyasi şərhçi Azər Həsrət deyib.

A.Həsrət bunun səbəbini izah edərkən bildirib ki, doğrudan da bütün beynəlxalq missiyalar pozitiv münasibət açıqlayıb: "Ancaq ATƏT onların mövqeyi ilə daban-dabana zidd olan mövqedən çıxış edir. Sanki ATƏT nümayəndələri Azərbaycanda deyil, başqa bir ölkədə seçkini müşahidə edib. Ona görə düşünürəm ki, ortada əməlli-başlı qərəz və qeyri-obyektiv yanaşma var. Düşünürəm ki, Azərbaycan dövləti bundan sonra ATƏT müşahidəçilərini dəvət etmək məsələsində tərəddüdlə davranmalı olacaq". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31