Tahir Mirkişili: "ATƏT DTİHB bir növ adətkardır"

"Seçkiləri müşahidə edən hər bir təşkilat öz mövqelərini bildirirlər. Seçkilər kifayət qədər şəffaf və demokratik əsaslarla keçirilib". Bunu  millət vəkili Tahir Mirkişili deyib.

"Seçkiləri müşahidə edən hər bir təşkilat öz mövqelərini bildirirlər. Seçkilər kifayət qədər şəffaf və demokratik əsaslarla keçirilib". Bunu  millət vəkili Tahir Mirkişili deyib.

Millət vəkili qeyd edib ki, seçkilərin əsas məqsədi xalqın öz iradəsini əks etdirməsidir ki, ona da Azərbaycanda nail olundu: "Bunu bütün müşahidəçilər də təsdiq etdi. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) müşahidə etdiyi bütün ölkələrdəki seçkilərlə bağlı oxşar bəyanatlar verir. ATƏT DTİHB bir növ adətkardır. Seçkilərin nəticələrinə və vətəndaşların öz iradəsini bildirməyə təsir edə bilməyəcək ayrı-ayrı faktlardan bəhs edirlər. Belə kütləvi tədbirlərin keçirildiyi bütün ölkələrdə ayrı-ayrı faktlar mövcud olduğu halda müraciət əsasında bunlar araşdırılır. Azərbaycanda da bunu üçün hüquqi normalar mövcuddur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31