Binəli Yıldırım İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib
Türkiyə baş naziri Binəli Yıldırım Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Məlumata görə, B. Yıldırım İlham Əliyevə prezident seçkilərində inamlı qələbə qazanması ilə əlaqədar təbriklərini çatdırıb, Azərbaycan xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyevgöstərilən diqqətə və təbrikə görə Binəli Yıldırıma minnətdarlığını bildirib.
12 Aprel 2018 19:36 SiyasətTürkiyə baş naziri Binəli Yıldırım Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Məlumata görə, B. Yıldırım İlham Əliyevə prezident seçkilərində inamlı qələbə qazanması ilə əlaqədar təbriklərini çatdırıb, Azərbaycan xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyevgöstərilən diqqətə və təbrikə görə Binəli Yıldırıma minnətdarlığını bildirib.
Dövlət başçısı İlham Əliyev və baş nazir Binəli Yıldırım dostluq və qardaşlıq əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər. Apa.az