"ATƏT-in qərəzli, sifarişli və böhtan xarakteli bəyanatı təəssüf doğurur"
"11 aprel tarixində Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri birmənalı olaraq xalqın iradəsi ilə, tam demokratik mühitdə, bütün iddialı siyasi qüvvələrə eyni imkanların yaradıldığı şəraitdə və səsvermə hüquqquna malik böyük əksəriyyət seçicilərin iştirakı ilə sona çatdı". Bunu Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.
12 Aprel 2018 18:55 Siyasət"11 aprel tarixində Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri birmənalı olaraq xalqın iradəsi ilə, tam demokratik mühitdə, bütün iddialı siyasi qüvvələrə eyni imkanların yaradıldığı şəraitdə və səsvermə hüquqquna malik böyük əksəriyyət seçicilərin iştirakı ilə sona çatdı". Bunu Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.
Cəmiyyət sədri bildirib ki, xalq növbəti dəfə seçiminin məsuliyyəti dərk edərək Cənab İlham Əliyevi 7 il müddətinə dövlət rəhbəri postuna seçdi: "İstər yerli, istər xarici müşahidəçilərin gözləri önündə keçirilən seçkilərin nəticələri xalqın iradəsinin inikası idi və həm beynəlxalq müşahidəçilər, həm də yerli müşahidəçilərin rəylərinin üst-üstə düşdüyü bir məqamda ATƏT-in nümayəndəsinin həqiqəti əks etdirməyən, qərəzli, sifarişli və böhtan xarakteli açıqlaması xeyli təəssüf doğurur. Təəssüflər olsun ki, seçki öncəsi də Avropanın dünyaya "demokratiya dərsi" keçməyə öyrəşmiş institutları Azərbaycana qarşı, informasiya və "söyüş terroru" təşkil etdilər. Təbii ki, cəmiyyətimiz çox gözəl anlayırdı ki, bu "söyüş terroru" elə Avropanın siyasi mətbəxlərində hazırlanıb, məqsəd ölkəmizə qarşı öz çirkli niyyətlərini həyata keçirməkdən ibarətdir. Söyüşün cəmiyyətimizdə, mentalitetimizdə, leksikonumuzda mövqeyini, təsir gücünü xüsusi tədqiqatlarla müəyyən edən həmin institutlar xüsusi vasitələrlə və məqsədli şəkildə ələ keçirdikləri milli xainlərimizin vasitəsi ilə sosial mediada, Avropanın müxtəlif dövlətlərində ən iyrənc formada mübarizələrini davam etdirdilər. Bu kampaniya iflasa uğrayandan sonra indi də seçkilərə münasibətdə yeni üsullarını işə salmağa başlayıblar. Xalqımız müdrik xalqdır, baş verən proseslərin fərqindədir. İllərdir korrupsiyalaşmış avropalı missionerlərin və siyasi dəllalların nə deməsindən asılı olmayaraq özünün və dövlətinin taleyini özü həll edir və bundan sonra da edəcəkdir. Xaricdən olan müdaxilələrə, təzyiqlərə, təhdidlərə baxmayaraq xalqımız islahatlara münasibətini sivil yolla, seçkidə ortaya qoydu. Bu seçim və seçkilərə münasibət həm xalqın müdrikliyinin və bütövlükdə intellektual səviyyəsinin və həm də, ölkədə demokratik seçki mühitin göstəricisi idi. Azərbaycan xalqı sübut etdi ki, o dövlətin mənbəyində dayanır, onun iradəsindən kənar, xalqa arxalanmayan heç bir siyasi qüvvə hakimiyyətə iddia belə edə bilməz". Sia.az