Putin və Ərdoğan arasında telefon danışığı olub
Rusiya və Türkiyə prezidentləriVladimir Putin və Rəcəp Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
12 Aprel 2018 18:37 DünyaRusiya və Türkiyə prezidentləriVladimir Putin və Rəcəp Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda Rusiya və Türkiyə liderlərinin Suriyadakı vəziyyətin gərginləşməsini müzakirə etdiyi bildirilib. Qeyd olunub ki, hər iki tərəf Suriya münaqişəsinin nizamlanması prosesinin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi və Soçidə keçirilən Suriya Milli Dialoq Konqresinin qərarları əsasında aktivləşdirilməsinin tərəfdarıdır. Dövlət başçıları müxtəlif kanallarla ikitərəfli təmasların davam etdirilməsi barədə razılaşıblar. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31