“Seçkilər yüksək səviyyədə təşkil olunmuşdu”
“Prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm”. Sechki-2018.az saytı xəbər verir ki, bunu prezident seçkilərini izləyən Bosniya və Hersoqovina-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Predraq Kojul müşahidələrin yekunlarına dair keçirilən mətbuat konfransında söyləyib.
12 Aprel 2018 17:36 Siyasət"Prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm". Sechki-2018.az saytı xəbər verir ki, bunu prezident seçkilərini izləyən Bosniya və Hersoqovina-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Predraq Kojul müşahidələrin yekunlarına dair keçirilən mətbuat konfransında söyləyib. O, seçkilərin azad və şəffaf şəkildə təşkil edildiyini bildirərək deyib: "Biz 11 seçki məntəqəsində müşahidə missiyasını həyata keçirmişik. Seçicilərin öz iradələrini ifadə etmək üçün maksimum şərait yaradılmışdı. Həm komissiya üzvləri, həm müşahidəçilər, həm də seçicilərlə təmasda olduq. Təşkilatçılıq yüksək səviyyədə idi. Fiziki məhdudiyyəti olan insanlara səsvermədə iştirak etməsi üçün yaradılan şəraiti də müsbət qiymətləndirirəm".
P. Kozul qeyd edib ki, Azərbaycan və Bosniya daima iqtisadi-siyasi sahədə əməkdaşlıq edir. "Məhz bu səbəbdən də Azərbaycanda siyasi sabitliyin olması Bosniyanın marağındadır", - deyə dostluq qrupunun rəhbəri vurğulayıb.