Rusiya XİN: "İsrailin Suriyaya zərbə endirməsi İŞİD-in fəallaşması ilə üst-üstə düşüb"
“İsrail aviasiyasının Suriyadakı aviabazaya zərbə endirməsi İŞİD terrorçu qruplaşmasının döyüşçülərinin Suriyanın şərqində aktivləşməsi ilə üst-üstə düşüb”. Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında bildirib.
12 Aprel 2018 18:09 Siyasət"İsrail aviasiyasının Suriyadakı aviabazaya zərbə endirməsi İŞİD terrorçu qruplaşmasının döyüşçülərinin Suriyanın şərqində aktivləşməsi ilə üst-üstə düşüb". Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İsrail aviasiyasının aprelin 9-da Suriyanın "Ti-4" aviabazasına zərbə endirməsi ölkədəki vəziyyətə sabitlik gətirməyib. Diqqət çəkən odur ki, İŞİD-ə qarşı əməliyyatlarda bilavasitə istifadə olunan aviasiyanın yerləşdiyi "Ti-4" bazasına hücum Suriyanın şərqində terrorçuların fəallaşması ilə üst-üstə düşüb". Apa.az