“Dinamik artım tempi Azərbaycanı daha da gücləndirəcək” - Tahir Mirkişili
“Seçkilər artıq başa çatdı və Azərbaycan xalqı inkişafa, güclü liderə və parlaq gələcəyə səs verdi. Yaranmış bu müəyyənlik, gələcəyə yüksək inam iqtisadiyyata da öz müsbət təsirini göstərəcək”.
12 Aprel 2018 17:25 Siyasət"Seçkilər artıq başa çatdı və Azərbaycan xalqı inkişafa, güclü liderə və parlaq gələcəyə səs verdi. Yaranmış bu müəyyənlik, gələcəyə yüksək inam iqtisadiyyata da öz müsbət təsirini göstərəcək". Bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Tahir Mirkişili deyib.
Deputat bildirib ki, 2018-ci ilin 1-ci rübünün iqtisadi yekunları göstərdi ki, Azərbaycan iqtisadiyyatı artıq sürətli inkişaf dövrünə qədəm qoyub: "Bütövlükdə iqtisadiyyatın 2.3% artması, qeyri-neft sektorunun 3%, qeyri-neft sənayesinin 10% artması, iqtisadiyyata 3.5 mlrd dollar investisiya qoyulması onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatı gözlənildiyi kimi iqtisadi islahatlardan təsirlənərək geniş spektrli və davamlı artım mərhələsindədir. Prezident seçkiləri zamanı Azərbaycan xalqı inkişafa, güclü liderə və parlaq gələcəyə səs verdi. Yaranmış bu müəyyənlik və gələcəyə yüksək inam iqtisaiyyata da öz müsbət təsirini göstərəcəkdir. Bunu Nobel mükafatı alımış "Davranış iqtisaiyyatı" nəzəriyyəsi də sübut edir. Strateji valyuta ehtiyatlarının durmadan artması ölkəni iqtisdadi təlatümlərdən qorumaq üçün daha əlverişli şərait yaratmaqdadır. Regionlarda yeni müəssisələrin açılması planları bu il ərzində xeyli yeni iş yerlərini yaradılmasına səbəb olacaq. Xarici investisiyaların artımı ölkəyə müasir texnologiyaların axınına şərait yaradacaq. 2018-ci ilin Dövlət Büdcəsi xərclərinin 2017-ci ilə nisbətən xeyli artıq olması bütün sahələrdə artımın olacağını deməyə əsas verir. Qazlaşma, içməli su təminatı səviyyəsinin artırılması, yeni məktəblərin və xəstəxanaların tikilməsi ilə bağlı dövlət başçısının verdiyi ardıcıl sərəncamlar əhalinin həyat səviyyəsini daha da yaxşılaşdıracaq. Ümumilikdə, dinamik artım tempi Azəraycanı daha da gücləndirəcək, istehsal və ixracı artıracaq və ölkədə vətəndaşların həyat tərzində müsbət dəyişikliklərə səbəb olacaq".
T.Mirkişili vurğulayıb ki, iqtisadi islahatlar davamlı bir prossesə çevrilib. Məsələn, kənd təsərrüfatı sahəsində emal sənayesi müəssisələrinin yaradılmasının təşviq edilməsi artan kənd təsərrüfatı məhsularının emal edilərək yeni dəyərlə ixrac olunmasına şərait yaradacaq. Azadinform.az