“Türk Hava Yolları” rekord sayda sərnişinə xidmət göstərib
Cari ilin yanvar-mart aylarında “Türk Hava Yolları” aviaşirkəti tarixində sözügedən dövr üzrə yüklənmə səviyyəsinin rekord göstəricisinə müvəffəq olub. “OLAYLAR” xəbər verir ki, yanvar və fevralda daşınan sərnişinlər sayının ikirəqəmli artımı mart ayında da davam edib. Bu göstərici 24% artaraq 6 milyona çatıb. Sərnişin axının artması nəticəsində mart ayı üzrə yüklənmə səviyyəsi son beş il ərzində rekorda çatıb – 82%.
12 Aprel 2018 17:43 SosialCari ilin yanvar-mart aylarında "Türk Hava Yolları" aviaşirkəti tarixində sözügedən dövr üzrə yüklənmə səviyyəsinin rekord göstəricisinə müvəffəq olub. "OLAYLAR" xəbər verir ki, yanvar və fevralda daşınan sərnişinlər sayının ikirəqəmli artımı mart ayında da davam edib. Bu göstərici 24% artaraq 6 milyona çatıb. Sərnişin axının artması nəticəsində mart ayı üzrə yüklənmə səviyyəsi son beş il ərzində rekorda çatıb - 82%.
Martda reyslərin yüklənmə səviyyəsi 6 faiz bəndi, kreslo-kilometrlərin sayı isə 13% artıb. Beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi təqribən 6 faiz bəndi artaraq, 81,7% təşkil edib, daxili aviareyslərdə isə yüklənmə səviyyəsi 84%-dək artıb.
Ötən il iyulda başlayan tələbatın ikirəqəmli artımı mart ayında 22%-lik artım ilə davam edib.