Beynəlxalq təşkilat Skripal olayı ilə bağlı Britaniyanın mövqeyini təsdiqləyib

Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının ekspertləri tərəfindən Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın Böyük Britaniyada zəhərlənməsi üzrə aparılan təhqiqatın nəticələri açıqlanıb.

APA-nın "dw.com" (Deutsche Welle) saytına istinadən verdiyi xəbərə görə, beynəlxalq mütəxəssislər hadisədə istifadə olunan kimyəvi maddənin Rusiya mənşəli "Noviçok" əsəb-iflic qazı olduğunu yekdilliklə təsdiqləyiblər.   Təşkilatın rəyi bir gün əvvəl Britaniya hökumətinə təqdim olunub, eləcə də üzv ölkələrə, o cümlədən Rusiyaya göndərilib. Xatırladaq ki, S. Skripal və qızı Yuliya martın 4-də Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə aşkarlanaraq dərhal xəstəxanaya çatdırılıblar. Britaniya hökuməti onlara qarşı "Noviçok" əsəb-iflic qazından istifadə olunduğunu açıqlayıb və hadisəyə görə Rusiyanı ittiham edib. Bundan sonra Rusiya ilə Qərb dövlətləri arasında yeni diplomatik böhran yaranıb, tərəflər qarşılıqlı olaraq bir-birinin diplomatlarını "arzuolunmaz şəxs" elan edərək ölkədən çıxarıblar. Yuliya Skripal aprelin 9-da xəstəxanadan buraxılıb. Sergey Skripalın da özünə gəldiyi bildirilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31