Azərbaycan vətəndaşları ölkənin nurlu gələcəyini Prezident İlham Əliyevdə görür

"Aprelin 11-də ölkəmizdə keçirilən seçkilərdə çox şəffaf şəkildə hər bir seçiciyə azad şəkildə öz seçimini etməyə şərait yaradılıbdı": Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

"Aprelin 11-də ölkəmizdə keçirilən seçkilərdə çox şəffaf şəkildə hər bir seçiciyə azad şəkildə öz seçimini etməyə şərait yaradılıbdı": Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, "seçkilər yüksək izdihamla insanların seçkiyə gəlişi ilə müşahidə olunurdu və bütün ölkəmizdə bayram əhval ruhiyyəsi yaşandı: "Səs verməyə gələn vətəndaşın üzündə təbbəssüm və xoşbəxtlik görünürdü. Hamı bilirdi ki, dünənki seçki, Azərbaycanın gələcək taleyini həll edir və hər kəs maksimum dərəcədə çalışdı ki, öz səsini cənab İlham Əliyevə versin. Çünki, cənab İlham Əliyev sabitlikdir, inkişafdır, təhsildir, tərəqqidir, hər bir Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasıdır, ölkəmizin dünyada tutduğu mövqeyidir, ordumuzun gücüdür, torpaqlarımızın işğaldan azad etməyi bacaracaq şəxsiyyətdir. Bütün bunlarını hər bir vətəndaş yaxşı dərk etdiyi üçün seçkilərdə maksimum iştirakla hamılıqla Prezidentimizə yenidən etimad göstərildi. Seçkini müşahidə edən beynəlxalq təşkilatların nümayəndələri də Azərbaycanda keçirilən Prezident seçkilərini çox yüksək səviyyədə dəyərləndirdilər və etiraf etdilər ki, səs verməyə gələn seçicilərin üzündəki təbəssüm seçkinin taleyinin necə olacağı haqqında qabaqcadan fikir söyləməyə imkan verirdi. Təbii ki, Azərbaycan vətəndaşları öz ölkəsini sevir, ölkənin nurlu gələcəyini istəyir və ona görə də hamı gəlib cənab İlham Əliyevə səs verməklə qürur hissi keçirirdi. Bunu seçkini müşahidə edən hər kəs aydın görürdü. Azərbaycan vətəndaşları xoşbəxtdirlər ki, cənab İlham Əliyev kimi Prezidenti var. Həm də sizin saytınızın imkanlarından istifadə edərək cənab İlham Əliyevi yenidən Prezident seçilməyi münasibətilə başda Prezdentimiz olmaqla bütün xalqımızı təbrik edirəm. Allah Prezidentimizi qorusun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31