Seminar dərslər başa çatıb
Paytaxt məktəblərində PİSA-2018 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər üçün təşkil olunan seminar-dərslər yekunlaşıb. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, beynəlxalq qiymətləndirmə üzrə koordinatorlar tərəfindən keçirilən seminar-dərslər 20 fevral -10 aprel 2018-ci il tarixlərini əhatə edib.
12 Aprel 2018 17:20 SosialPaytaxt məktəblərində PİSA-2018 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər üçün təşkil olunan seminar-dərslər yekunlaşıb. "OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, beynəlxalq qiymətləndirmə üzrə koordinatorlar tərəfindən keçirilən seminar-dərslər 20 fevral -10 aprel 2018-ci il tarixlərini əhatə edib.
Seminar - dərslərdə 2017-ci ilin iyun və dekabrında təşkil olunmuş sınaq qiymətləndirmələrdə yüksək nəticə göstərmiş 2002-ci il təvəllüdlü şagirdlər iştirak edib.
Seminar-dərslərin keçirilməsində əsas məqsəd məktəbliləri PİSA-2018 beynəlxalq qiymətləndirmə tədqiqatı, həmçinin, qiymətləndirmə zamanı tətbiq edilən qayda və üsullar barədə məlumatlandırmaq, eləcə də şagirdlərdə müvafiq mətnlər üzrə işləmək vərdişləri formalaşdırmaqdan ibarətdir.
Təhsil İnstitutu tərəfindən yerinə yetirilən seminar-dərslərdə iştirak etmiş paytaxt məktəbliləri aprelin 2-ci və 3-cü ongünlüyündə, eləcə də mayda PİSA beynəlxalq qiymətləndirmə tədqiqatına qatılacaq.