Salyan-Neftçala avtomobil yolu əsaslı şəkildə təmir olunub
Salyan və Neftçala rayonlarını birləşdirən 45 km uzunluğunda olan respublika əhəmiyyətli avtomobil yolu əsaslı şəkildə təmir olunur. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki. artıq Salyan-Neftçala avtomobil yolunun əsaslı təmirinə start verilib və qısa müddət ərzində yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri nəticəsində müasir yol infrastrukturu yaradılıb.
12 Aprel 2018 17:20 SosialSalyan və Neftçala rayonlarını birləşdirən 45 km uzunluğunda olan respublika əhəmiyyətli avtomobil yolu əsaslı şəkildə təmir olunur. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki. artıq Salyan-Neftçala avtomobil yolunun əsaslı təmirinə start verilib və qısa müddət ərzində yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri nəticəsində müasir yol infrastrukturu yaradılıb.
Aparılan işlər çərçivəsində yol üzərində yerləşən və 66 metr uzunluğa malik avtomobil körpüsünün təmiri, məhəccərlərinin dəyişdirilməsi, həmçinin yol boyu 30 ədəd mövcud avtobus dayanacağının sökülərək yenidən tikilməsi və əlavə 4-nün inşa edilməsi işləri də görülüb. Əsaslı bərpa işləri bitəndən sonra yol boyu avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 206 ədəd yol nişanı və 980 ədəd siqnal dirəyi quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.