Bundan sonra da dövlət başçısına dəstək olmaq hər birimizin mənəvi borcudur

Azərbaycan daha bir sınağı uğurla keçdi. Bütün təxribatlar, qarayaxmalar, pozuculuq əməllərinə cəhdlərə baxmayaraq aprelin 11-də demokratik, azad və ədalətli seçki keçirərək növbəti müddətə öz prezidentini seçdi. Bu əvvəlcədən də proqnozlaşdırıldığı kimi  Cənab İlham Əliyev oldu.

Azərbaycan daha bir sınağı uğurla keçdi. Bütün təxribatlar, qarayaxmalar, pozuculuq əməllərinə cəhdlərə baxmayaraq aprelin 11-də demokratik, azad və ədalətli seçki keçirərək növbəti müddətə öz prezidentini seçdi. Bu əvvəlcədən də proqnozlaşdırıldığı kimi  Cənab İlham Əliyev oldu.

İndi Azərbaycan xalqı yeni bir mərhələnin başlanğıcındadır.  İndiyə qədər əldə edilən uğurun, inkişafın yeni dönəmdə yeni şərtlər altında davamı başlanğıcında. Bizlərdən bu mərhələdə tələb olunan əsas vəzifə hər zaman olduğu kimi yeni mərhələdə də Cənab İlham Əliyevin ətrafında sıx birləşməkdir.  Elə müstəqil ekspert Babacan Zəkiyev də bu qənaətdədir.O, bildirib ki, müstəqil respublikanın azad vətəndaşları olaraq cəmiyyətdə gedən proseslərə biganə qalmamalı, hər sahədə uğur qazanmağa çalışmalı, müsbət işləri təqdir və təbliğ, yaramaz halları ifşa etməli, belə hallara qarşı mübarizə aparmalıyıq. Ekspert qeyd edib ki, dünyanın bugünki keşməkeşli çağında dövlətimizin başçısına dəstək olmaq hər birimizin mənəvi borcudur: "Cənab Prezident Qarabağ problemimizdən tutmuş, yaşıllıqların qırılması kimi yolverilməz hallar barədə ürək yanğısı ilə danışır. Nə gizlədək, bəzən belə hərəkətlərin sadə insanlar deyil, imkanlı şəxslər, işbazlar tərəfindən törədildiyinin şahidi oluruq. Cinayət hesab olunan belə halları görüb, ona göz yummağın özü də cinayətdir. Bu sahədə həm yazılı, həm də elektron informasiya vasitələrinin çiyninə böyük öhdəliklər düşür. Əslində ictimai nəzarət Həsən bəy Zərdabinin cəmiyyətin aynası hesab etdiyi medianın əzəli missiyalarından biridir". Babacan Zəkiyev qeyd edib ki,
bu gün beynəlxalq aləmdə baş verən hadisələri bəzən dərk etməkdə nəinki sadə vətəndaşlar, bəzən ali təhsilli şəxslər də çətinlik çəkirlər: "Son illər dünyada müşahidə olunan kəskin qütbləşmə, müharibələr, qarşıdurmalar, diplomatik savaşlar, sanksiyalar heç bir dövlətə təsirsiz ötüşə bilməz. Əslində belə bir şəraitdə balanslı siyasət yürütmək elə də asan deyil. Mütləq bütün maraqları nəzərə almalı olursan. Globallaşan dünyamızda Azərbaycanın sözü və tutduğu mövqeyi elə olmalıdır ki, bu zaman bütün tərəflərin mənafeyi, eləcə də digər amillər gözdən qaçırılmasın. Bunun üçün isə dövlətin başında durandan, liderdən parlaq diplomatik bacarıq, geniş dünyagörüşü, təcrübə, həm də intuisiya tələb olunur. Azərbaycanın indiki Prezidenti cənab İlham Əliyev sadaladığımız bu keyfiyyətlərin hamısına malikdir. Onun Vətəni və milləti yolunda gördüyü işlər gözümüz önündədir. İlham Əliyev xalqını sevən, xalqına güvənən lider, bu səbəbdən də xalqın Prezidentidir". Ekspert deyib ki, zaman-zaman müşahidə etdiyimiz bir mənfi tendensiya olub və bundan sonra da belə hallarla üzləşə bilərik: "Prezident seçkiləri ərəfəsində suyumuzu bulandırmaq istəyənlər də oldu. Amma hamı buna  ayıq-sayıq oldu, əsl milli birlik, milli iradə göstərdi, Vətənimizin gələcəyi naminə düzgün mövqe tutdu. Əsas hədəfimiz cənab prezidentimizin seçkilərdə uğur qazanması oildu ki, ona da nail oldur. Niyə də olmayaq? Məgər bayrağımızı təhqir edən erməni dığasının layiqli cəzasını verən Ramil Səfərovu bədxahların caynağından alıb sağ-salamat Azərbaycana gətirən, ermənilərin nəşindən belə qorxduqları milli qəhrəmanımız Mübariz İbrahimovun, Çingiz Qurbanovun adlarını əbədiləşdirən, həbsdə olanları əfv etməklə yüzlərlə ailəyə sevinc bəxş edən, ən mötəbər tribunalardan ölkəmizin haqlı mövqeyini cəsarətlə ortaya qoyaraq hər bir azərbaycanlıya qürur yaşadan cənab İlham Əliyev deyilmi?  Vaxtilə demokratiya deyə bağıraraq özlərini azad, insan haqqlarının qorunduğu nümunəvi ölkələr kimi təqdim edənlərin bu gün hansı demokratiyaya və insan azadlıqlarına sahib olduqlarını görürük.  Cənab Prezidentimizin son on beş ildə Azərbaycan naminə gördüyü işlər barədə çox danışmaq olar. Lakin məqsədimiz yalnız onun gördüyü işləri sadalamaq deyil, eyni zamanda gənclərimizi kənardan sırınan yad və zərərli təmayüllərə qarşı ayıq-sayıq olmağa çağırmaqdır". Babacan Zəkiyev qeyd edib ki,  Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin yenidən prezidentliyə namizədliyinin irəli sürülməsi bir azərbaycanlı gənci kimi onu da qürurlandırıb və 11 aprel seçkisində İlham Əliyevə səs verib: "Milli birliyimizi, dövlətçiliyimizi, ölkəmizin gündən-günə artan nüfuzunu qorumaq, həmçinin gənclik qürurumuzu göstərmək istəyiriksə, öz sözümüzü deməli və bundan sonra da Prezidentin ətrafında sıx birləşməliyik.
 

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31