Gündəm
"Məqsəd Azərbaycanla Avropa qurumları arasında münasibətləri zəiflətməkdir"
“Azərbaycan hər zaman beynəlxalq təşkilatlar, Qərb dövlətləri və təsisatlarla uğurlu əməkdaşlıq edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında da bildirdi ki, ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlıq əsasında növbəti saziş hazırlanır. Amma məsələ ondadır ki, bu təsisatlarda Azərbaycanın əleyihə olan, erməni lobbisi tərəfindən həvəsləndirilən bir çoxları Azərbaycan-Aİ arasında münasibətlərin inkişafını istəmir, əksinə daha da pisləşməsinə dair müxtəlif addımlar atırlar”. Bu fikirləri Milli Məclisin deputatı Fərəc Quliyev Avropa Parlamenti tərəfindən “Mehman Hüseynovla bağlı təcili qətnamə”nin qəbuluna münasibət bildirərkən deyib.
"Avropa Parlamentinin qərarı qərəzli xarakter daşıyır"
Siyavuş Novruzov: "Avropa Parlamentinin bəzi deputatları ermənilərin "konyak diplomatiyası"na qurban gediblər"
Avropa Parlamentinin bəzi deputatları ermənilərin "konyak diplomatiyası"na qurban gediblər. Bunu Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Azərbaycanda insan haqları, demkratiya və qanunun aliliyinin pozulması ilə bağlı qətnamə”yə münasibət bildirərkən deyib.
İstanbuldakı baş konsul bəyanat yaydı
20 Yanvar Azərbaycan xalqının müstəqillik tarixində qəhrəmanlıq səhifəsi kimi daxil olub Nigar Nigar “Olaylar” Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev sovet rejimi tərəfindən 1990 –ci ildə Azərbaycan xalqına qarşı törədilən qətliamla bağlı bəyanat yayımlayıb. Olaylar.az bildirir ki, bəyanatda xalqımızın sovet ordusunun qarşısına silahsız çıxaraq canlarını fəda etməsindən 29 il ötür. 1990 –cı il yanvarın 20-də Azərbaycan torpaqlarına göz tikən ermənilərə və sovet rejiminin amansızlığına göz yummayan yüzlərlə insan küçələrə çıxaraq etiraz səslərini ucaltdı. Müstəqillik tələb edən xalqa qarşı rus əsgərlərinin silah vasitəsilə güc göstərməsi sonda qətliamla nəticələndi.
“Əks halda Ermənistan həmin o təcrid olunmuş vəziyyətdə uzun illər ərzində qalacaq”
Qənirə Paşayeva: “Autizmdən, depresiyyadan əziyyət çəkənlərin sayı artır"
“Autizmdən, depresiyyadan əziyyət çəkənlərin sayı artır. Son illər autizm xəstəliyi çox təhlükləli bir hal alıb. Bu xəstəliyin daşıyıcısı olan insanların, uşaqların sayı ildən-ilə artmaqdadır. Bu, hər birimizi çox ciddi şəkildə narahat edir və düşündürür”. “Olaylar” xəbər verir ki, bunu Milli Səhiyyə komitəsinin iclasında deputat Qənirə Paşayeva deyib
Mübahisəli bəndlər qalmaqallı sənəddən çıxarıldı
“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi artıq müzakirələrə tam hazırdır, sənəddəki bütün mübahisəli məqamlar tam aradan qaldırılıb.“Olaylar” xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
.jpg)

.jpg)
.jpg)
.jpg)

.jpg)


.jpg)




.jpg)