İstanbuldakı baş konsul bəyanat yaydı

20 Yanvar Azərbaycan xalqının müstəqillik tarixində qəhrəmanlıq səhifəsi kimi daxil olub Nigar Nigar “Olaylar” Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev sovet rejimi tərəfindən 1990 –ci ildə Azərbaycan xalqına qarşı törədilən qətliamla bağlı bəyanat yayımlayıb. Olaylar.az bildirir ki, bəyanatda xalqımızın sovet ordusunun qarşısına silahsız çıxaraq canlarını fəda etməsindən 29 il ötür. 1990 –cı il yanvarın 20-də Azərbaycan torpaqlarına göz tikən ermənilərə və sovet rejiminin amansızlığına göz yummayan yüzlərlə insan küçələrə çıxaraq etiraz səslərini ucaltdı. Müstəqillik tələb edən xalqa qarşı rus əsgərlərinin silah vasitəsilə güc göstərməsi sonda qətliamla nəticələndi.

20 Yanvar  Azərbaycan xalqının müstəqillik tarixində qəhrəmanlıq səhifəsi kimi daxil olub

Nigar Nigar "Olaylar" Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev sovet rejimi tərəfindən 1990 -ci ildə Azərbaycan xalqına qarşı törədilən qətliamla bağlı bəyanat yayımlayıb. Olaylar.az bildirir ki, bəyanatda xalqımızın sovet ordusunun qarşısına silahsız çıxaraq canlarını fəda etməsindən 29 il ötür.  1990 -cı il yanvarın 20-də Azərbaycan torpaqlarına göz tikən ermənilərə və sovet rejiminin amansızlığına göz yummayan yüzlərlə insan küçələrə çıxaraq etiraz səslərini ucaltdı. Müstəqillik tələb edən xalqa qarşı rus əsgərlərinin silah vasitəsilə güc göstərməsi sonda qətliamla nəticələndi.

1990 -cı il 19 yanvar gecəsindən  başlayaraq insanlara atəş açmaq əmri alan sovet ordusunun bu amansızlığı yanvarın 20-si səhər saatlarına qədər davam etdi. Bu amansız qətliam nəticəsində 133 nəfər vəhşicəsinə qətlə yetirildi. Onların arasında çox sayda qadın, uşaq və yaşlı insanlar vardı. Bu mübarizədə 612 nəfər sağlamlığını itirib. Əmri yerinə yetirən Sovet əsgərləri 20 yanvar günü səhər saatlarında Bakını tərk etmişdi. Onların yerinə şəhərdə çoxlu sayda rus əsgərləri nəzarət edirdi.

1990 -cı il 20 Yanvar tarixi Azərbaycan xalqının müstəqillik tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31