“Əks halda Ermənistan həmin o təcrid olunmuş vəziyyətdə uzun illər ərzində qalacaq”

"Ermənistanın hər bir layihələrdə iştirakı Azərbaycanla yaxın olmağından asılıdır. Bu yaxın olmaq formatı Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması ilə birbaşa bağlıdır".

Bu fikirləri Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaydıqları bəyanatda qeyd olunan "Regionun inkişafına yönəlmiş qarşılıqlı faydalı iqtisadi təşəbbüslərin reallaşdırılması imkanı"nı şərh edərkən deyib.

O bildirib ki, Paris görüşündə nazirlər xalqları sülhə hazırlamaq lazım olduğunu vurğulayıblar: "Biz sülhə çoxdan hazırıq. Sadəcə olaraq Ermənistan çox gərgin, mürəkkəb sosial-iqtisadi vəziyyətdən çıxmaq istəyirsə onda gərək Azərbaycana güzəştə getsin. Azərbaycanla bu münaqişəyə son qoysunlar. Son qoymaq o deməkdir ki, torpaqlarımız azad olunsun, bundan sonra bəzi layihələrdə iştirak etsinlər, Azərbaycanla əməkdaşlıq etsinlər və bu vəziyyətdən çıxıb inkişaf etsinlər. Əks halda onlar həmin o təcrid olunmuş vəziyyətdə uzun illər ərzində qalmağa davam edəcəklər. Belə bir şəraitdə düşünmürəm ki, erməni xalqı bu cür bir hakimiyyətə uzun müddət ərzində dözməyə hazırdır. Bax, budur reallıq".

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31