Orqan transplantasiyası ilə bağlı yeni sənəd hazırlanır

Azərbaycanda "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında" yeni qanun layihəsi hazırlanır."Olaylar"xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib. Deputat vurğulayıb ki, hazırkı qanunda bir sıra çatışmazlıqlar var: "Hazırki qanun günün tələblərinə cavab vermir. Bu gün donorluq və transplantalogiya inkişaf edib. Əvvəllər qəbul edilən qanunların müddəaları günün tələblərinə uyğun gəlmir. Xüsusilə də meyitdən orqan və toxuma götürülməsi orada əksini tapmayıb. Bu da donorluq və transplantalogiyanın əsasını təşkil edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31