Gündəm

Azadlıq məşəli - Züleyxa NADİR

20 Yanvar 2019 12:00

Züleyxa NADİR Dağüstü park 29 il əvvəl “fəth” olundu

Xalqımızın şərəf, ləyaqət tarixi

20 Yanvar 2019 10:00

Azərbaycan tarixinin daha bir hüznlü gününü yaşayır. Söhbət 29 il əvvəl azadlıq müstəqillik istək və arzusu ilə ayağa qalmış Azərbaycan xalqının cəzalandırılmasından, xalqımıza qarşı həyata keçirilən vəhşilik və qırğından gedir. Hər nə qədər bu tarix bizim üçün ağrılı, acılı və hüznlü olsa da, bir o qədər də qürurvericidir və şərəf tariximizdir. Elə millət vəkili Fəzail İbrahimli də belə düşünür. O, bildirib ki, 20 Yanvar hadisəsi xalqımızın şərəf, ləyaqət və eyni zamanda faciə tarixidir.

“20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir”

20 Yanvar 2019 08:08

“Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 29 il ötür. 20 Yanvar faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

20 Yanvar xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir

20 Yanvar 2019 00:01

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən artıq 29 il ötür. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Ümumiyyətlə, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.