Gündəm

Putinlə Ərdoğan GÖRÜŞÜR - Dünyanın gözü Moskvada olacaq

8 Aprel 2019 10:22

Bu gün Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutacaq. Moskvada keçiriləcək görüşdə liderlər bir sıra beynəlxalq və regional məsələləri müzakirə edəcək. Görüşün əsas mövzusu Suriya məsələsi olacaq. Bundan başqa, Türkiyənin Rusiyadan aldığı S-400 raket kompleksi ilə bağlı yekun ortaq açıqlama verilməsi gözlənilir.

Eltondan əməkdar artistə: "İnsanlar sizə qıcıq olur"

8 Aprel 2019 10:16

Müğənni Elton Hüseynəliyev ailəsi ilə birlikdə "Zaurla Günaydın" verilişinə qonaq olub. Sənətçi proqramda yer alan əməkdar artist Elza Seyidcahanın ünvanına gözlənilməz sözlər deyib:

Konfutsi İnstitutu turizm sahəsində əməkdaşlığı genişləndirir

8 Aprel 2019 10:14

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda 18-ci Azərbaycan Beynəlxalq "Turizm və Səyahət" sərgisində iştirak edən Çin Dövlət Turizm Agentliyinin Moskvadakı Nümayəndəliyinin direktor müavini xanım Xuan Yanyan ilə görüş keçirilib.

Obama: "Yenidən prezident olsam, Mişel məni tərk edəcək"

8 Aprel 2019 10:11

ABŞ-ın eks-prezidenti Barak Obama yenidən prezidentliyə namizədliyini niyə irəli sürməməsinə aydınlıq gətirib. Obama Fondunun Berlindəki konfransında çıxış edən eks-prezident yenidən prezidentliyə namizədliyini irəli sürəcəyi halda həyat yoldaşının ondan ayrılacağını deyib:

Paşinyandan Qarabağ açıqlaması: Sülhlə cavab verəcəyik

7 Aprel 2019 17:12

Qarabağ münaqişəsi ilə bağlı danışıqların prinsipləri bulanıq olmamalıdır. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Yerkrapa” Qarabağ müharibəsi könüllüləri ittifaqının qurultayında çıxışı zamanı deyib. “Madrid prinsiplərinin nə anlama gələ biləcəyini və hansı nəticələrə səbəb olacağını anlamaq vacibdir. Vyana görüşündə bu suala aydın cavab almadım. Yalnız bundan sonra bu prinsiplərin bizim üçün nə dərəcədə qəbul edilən olub, olmadığına cavab verəcəyik”, - Paşinyan bildirib.

Bakıda “Az avtomobil, çox həyat” devizi ilə veloyürüş keçirildi

7 Aprel 2019 17:07

Aprelin 7-də Bakıdakı Veloparkda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Dünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçirilib. Veloyürüş Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Dünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil olunub.

Tbilisidə yaşayış binasında partlayış - Yaralılar var

7 Aprel 2019 17:05

Gürcüstanın paytaxtı Tbilisinin Diğomi rayonunda yerləşən beşmərtəbəli yaşayış binalarının birində partlayış baş verib. Partlayışa səbəb qaz sızması səbəb olub.

Muğam Mərkəzinin beynəlxalq fəaliyyətinə həsr olunmuş tədbir

7 Aprel 2019 17:00

 Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin dəstəyi ilə “İnci”qanun qrupu Hindistanda keçirilən “World Sacred Spirit” adlı beynəlxalq festivalda iştirakına həsr olunmuş təqdimat mərasimi keçirilib. Olylar.az bidirir ki, tədbiri giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı bir müddət əvvəl Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Əməkdar artist Təranə Əliyevanın rəhbərlik etdiyi “İnci” qanun qrupunun Hindistanda keçirilən “World Sacred Spirit” adlı tanınmış beynəlxalq festivalda ölkəmizin ifaçılıq məktəbini uğurla təmsil etdiyini bildrib. 

Bu gün 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi - YENİLƏNİB

7 Aprel 2019 16:55

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan 27659 şagird üçün buraxılış imtahanı keçirib. DİM-dən verilən məlumata görə, imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilib.

“Space” telekanalının rəhbəri bu işçiləri QOVDU - QALMAQAL

7 Aprel 2019 16:51

"Space” TV-nin "Hər səhər" verilişində efirə getmiş ədəbsiz söz və ifadələr Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib. 5 aprel 2019-cu il tarixdə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qərar qəbul edilib. İş məhkəməyə göndərilib.

Muğam Mərkəzində məşhur amerikalı yazıçı ilə görüş keçirilib

7 Aprel 2019 16:47

Apreln 6-da Beynəlxalq Muğam Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində amerika şairi, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Delaver Universiteti Senatının prezidenti və professoru Aleksandr Səlimov (Aleksandr Azim oğlu Səlimov) ilə görüş keçirilib.   Olaylar.az bildirir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin,Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı, Diaspora Komitəsi və Amirekan Ticarət Palatasının dəstəyi ilə reallaşıb. 

Bu ölkə 2 ildir NATO-ya əsgər göndərmir – Şok səbəb

7 Aprel 2019 16:44

Danimarka ordusu NATO-ya göndərməli olduğu 700 əsgəri 2 ildir alyansın sərəncamına göndərmir. Bu barədə “Berlingske” nəşri yazıb.

8 yaşlı azərbaycanlı gimnast 32 medalın sahibidir

7 Aprel 2019 16:41

Balaca gimnast Mina Abbasova idman karyerasına 2016-ci ildən, hələ 5 yaşında olarkən başlamış və qısa vaxt ərzində Budapeştdə keçirilən “Beynəlxalq Bahar kuboku – 2016” yarışmasında iştirak edərək 1-ci yerə layiq görülmüşdür.

Əbülfəs Qarayev Hindistanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşdü

7 Aprel 2019 16:38

Mədəniyyət naziri Əbülfəs Qarayev Hindistan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavnanı qəbul etdi. Olaylar.az bildirir ki, nazir Əbülfəs Qarayev yeni təyin olunmuş səfirə fəaliyyətində uğurlar arzuladı və Hindistanla mədəniyyət sahəsində mövcud əməkdaşlığın yüksək səviyyədə davam etdiriləcəyindən əminliyini ifadə etdi.

Muğam Mərkəzi ilk dəfə - Ərəb klassik fortepiano musiqisini təqdim ediləcək

7 Aprel 2019 16:34

Aprelin 12-də Beynəlxalq  Muğam Mərkəzində saat 19.00-da Mərakəşli pianoçu Maruan Benabdallah tamaşaçıların önündə çıxış edəcək.