Muğam Mərkəzinin beynəlxalq fəaliyyətinə həsr olunmuş tədbir
Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin dəstəyi ilə “İnci”qanun qrupu Hindistanda keçirilən “World Sacred Spirit” adlı beynəlxalq festivalda iştirakına həsr olunmuş təqdimat mərasimi keçirilib. Olylar.az bidirir ki, tədbiri giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı bir müddət əvvəl Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Əməkdar artist Təranə Əliyevanın rəhbərlik etdiyi “İnci” qanun qrupunun Hindistanda keçirilən “World Sacred Spirit” adlı tanınmış beynəlxalq festivalda ölkəmizin ifaçılıq məktəbini uğurla təmsil etdiyini bildrib.
7 Aprel 2019 17:00 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində, Mərkəzin dəstəyi ilə "İnci"qanun qrupu Hindistanda keçirilən "World Sacred Spirit" adlı beynəlxalq festivalda iştirakına həsr olunmuş təqdimat mərasimi keçirilib.
Olaylar.az bidirir ki, tədbiri giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı bir müddət əvvəl Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Əməkdar artist Təranə Əliyevanın rəhbərlik etdiyi "İnci" qanun qrupunun Hindistanda keçirilən "World Sacred Spirit" adlı tanınmış beynəlxalq festivalda ölkəmizin ifaçılıq məktəbini uğurla təmsil etdiyini bildrib.
Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Azərvaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliği və təşviqi ilə bağlı görülən işlərdən bəhs etdi.
Əməkdar artisti Təranə Əliyeva rəhbərlik etdiyi qrupun beynəlxalq tədbirlərdə uğurlu çıxışlarından, o cümlədən "World Sacred Spirit" festivalından söhbət açdı.
Qrup festivalda "Telli durnalar" türk qrupu ilə "Reyhan" mahnısını ifa ediblər, həmçinin "İnci" qrupunun repertuarında olan "Bayatı-Şiraz" təsnifi və Azərbaycan xalq rəqsi "Nəlbəki" uyğur əsilli, Fransada yaşayan rəqqasə Müqəddəs Mijitin rəqsi ilə müşayiət olunaraq böyük marağa səbəb olub.
Sonda "İnci" qanun qrupunun ifasında musiqi nömrələri tamaşaçılara təqdim edildi.