Muğam Mərkəzində məşhur amerikalı yazıçı ilə görüş keçirilib

Apreln 6-da Beynəlxalq Muğam Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində amerika şairi, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Delaver Universiteti Senatının prezidenti və professoru Aleksandr Səlimov (Aleksandr Azim oğlu Səlimov) ilə görüş keçirilib.   Olaylar.az bildirir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin,Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı, Diaspora Komitəsi və Amirekan Ticarət Palatasının dəstəyi ilə reallaşıb. 

Beynəlxalq Muğam Mərkəzində "Söz" ədəbi layihəsi çərçivəsində amerika şairi, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Delaver Universiteti Senatının prezidenti və professoru Aleksandr Səlimov (Aleksandr Azim oğlu Səlimov) ilə görüş keçirilib.  
Olaylar.az bildirir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin,Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı, Diaspora Komitəsi və Amirekan Ticarət Palatasının dəstəyi ilə reallaşıb. 
Sonra Aleksandr Səlimov öz şeirlərini rus və ispan dillərində oxuyub, tamaşaçıların suallarına cavab verib.
Gecədə şair, tərcüməçi Səlim Babulaoğlu  çıxış edərək, Aleksandr Səlimovun yaracılığı haqqında fikirlərini bölüşərək  və onun şeirlərini ilk dəfə olaraq   azərbaycan dilində söyləyib.
"Çağırış və digər poemalar" kitabına Xocalı soyqırımının qurbanlarına həsr olunmuş şeirlər də daxil edilib.
Bədii hissədə  Əməkdar artist Şəhriyar İmanov (tarda), pianoçu Tural Rafaelin  müşayiəti ilə Beynəlxalq Müsabiqələr Laureatı Lenay Seyidəlizadənin və Cavid Hacıyevin rəqs nömrəsi tamaşaçılara təqdim olunub.
Bakılı tamaşaçılar şairin yaradıcılığına böyük maraq göstəriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31